|
|
Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşına hökm oxunubSuriyada döyüşlərdə iştirak etmiş Zərdab sakini Səbuhi Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Zərdab Rayon Məhkəməsinin hökmü ilə S. Cəfərov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu ilin iyun ayında Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəhhabi təriqətinin üzvü olduğu iddia edilən rayon sakini Səbuhi Cəfərov tutulub. Onun mənzilinə baxış zamanı əl qumbarası aşkar edilib. Araşdırmalar zamanı S. Cəfərovun Suriyada gedən döyüşlərdə iştirak etdiyi də məlum olub. O, Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah saxlama) maddəsinə əsasən ittiham edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Dekabr, 2014 11:33 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |