|
• DünyadaRomada "İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilibRomada “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilib. Ahlibeyt.az-ın məlumatına görə, konfrans Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Azərbaycan-İtaliya Assosiasiyasının təşəbbüsü ilə təşkil edilib. Azadlıq və Demokratiya uğrunda Avropa Mərkəzi Siyasi Fondunun prezidenti Fiorello Proveranın və Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimlinin moderatorluğu ilə keçən konfransda F. Provera çıxış edərək Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühitinin və dünyəvilik modelinin dünya ölkələrinə örnək ola biləcəyini diqqətə çatdırıb. O qeyd edib ki, tədbir müvafiq istiqamətdə müzakirələr aparmaq üçün yaxşı imkan yaradacaq.İtaliya Senatının vitse-prezidenti Linda Lanzillotta isə konfransın aktual bir mövzunu əhatə etdiyini vurğulayaraq müsəlman cəmiyyəti ilə digər dinlərin icmaları arasında birgəyaşayış, sülh şəraitində mövcudluğunun əhəmiyyətinə toxunaraq Azərbaycanın bu istiqamətdə model ölkə olduğunu qeyd edib. Romanın baş ravvini Rikkardo Di Senyi isə qeyd edib ki, bu tədbir yaşadığımız dövrdə baş verən ekstremizm hallarına, dini zəmində toqquşmalara və bir çox digər mənfi proseslərə ümumi cavabımızdır. O, bütün dini icmalar üçün çox önəmli olan belə bir mövzuda konfransın keçirilməsi təşəbbüsünə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Öz növbəsində Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, İslam ənənəli dövlətlərdə dini birgəyaşayış sahəsində ölkəmizin təcrübəsini italiyalı tərəfdaşlarımızla bölüşmək istəyirik. Konfrans işini sessiyalarla davam etdirib. “İslam ənənəli dövlətlərdə dini birgəyaşayışın hazırkı vəziyyəti: Azərbaycan nümunəsi” mövzusunda sessiyada isə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev “Azərbaycan multikulturalizmi” mövzusunda çıxış edib. K. Abdulla diqqətə çatdırıb ki, Azərbaycanda dünya ölkələrinin tətbiq edə biləcəyi yüksək multikulturalizm təcrübəsi formalaşıb. “İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam ölkələrində dünyəviləşmə anlayışının tarixindən və Azərbaycanda həyata keçirilən din siyasətindən danışıb. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycan Katolik kilsəsi rəhbərinin müavini Stefan Kormançik müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Tədbirdə “Qax: Kürmük oba bayramı” və “Quba rayonunun “Krasnaya Sloboda” qəsəbəsi” adlı sənədli filmlər nümayiş olunub. Son sessiyada “Dini birgəyaşayış – bütün dünyanın qarşısında duran məsələ. Nümunələr, problemlər və təzadlar” mövzusunda müzakirələr aparılıb. Ərəb və İslam araşdırmaları üzrə Papa İnstitutunun professoru Adnane Mokrani “İslam ənənəli digər dövlətlərdə aktual vəziyyət”, Ali Təkmilləşdirmə Müəssisəsinin prezidenti Saul Menyaqi “Milli mədəniyyətlər və milli dövlətlər”, İtaliya İslam Dini İcmasının vitse-prezidenti və imamı Yəhya Pallaviçini “Avropa cəmiyyətində İslam dininə sitayişin tənzimlənməsi” mövzularında çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Dekabr, 2014 19:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |