إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Sistaninin Ərbəin zəvvarlarına tövsiyələri

Ahlibeyt.az-ın Shabestan agentliyinə istinadən verdiyi xəbərə görə,  Ayətullah Seyid Əli Sistani İmam Hüseynin(ə) Ərbəin mərasimində9qırx mərasimi)Kərbəlaya gedən ziyarətçilərə öz tövsiyyələrini bildirib. Ərbəin zəvvarlarına tövsiyələr verib.

"Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.  Hz. Məhəmmədə (s) və onun pak nəslinə salam olsun.

 

Ziyarətə müvəffəq olan möminlər və möminələr bunları yaxşı bilməlidir:


Uca Allah saleh vəsilərinin ibadətini biz bəndələri üçün nümunə göstərib. Biz nəsihəti onlardan almalıyıq və tətbiq etməliyik.


Allah insanların qəlblərinə bu möhtərəm türbətin ziyarəti duyğusunu yerləşdirib və onların daima xatırlanmasını iradə edib.Onların insanlar yanındakı dərəcələri günü-gündən artmaqdadır. Bu ziyarət insanlara Uca Allahı və səadətin qaynağı olan hökümlərini xatırladır. Zira o seçkin insanlar Allaha itaət və dininə xidmət istiqamətində ən böyük fədakarlıq nümunəsi göstəriblər.

 

Allaha xatir namaza önəm verin! Namaz hədislərdə ifadə edildiyi kimi dinin sütunu və möminin meracıdır. O qəbul edilsə digər əməllər qəbul ediləcək, qəbul edilməzsə digər əməllər də məqbul sayılmayacaq. Namazı əvvəl vaxtında qılmağa səy edin. Möminə namaz vaxtının əvvəlində başqa bir ibadətlə məşğul olmaq yaraşmaz. Namaz ibadətlərin ən üstünüdür.

İmam Huseyn (ə) Kərbəlada,"Mənə namazı xatırlatdın. Allah səni daima namazı iqamə edənlərdən etsin" dedi və ox yağışı altında namaz qıldılar.


Allah eşqinə işlərinizdə niyətiniz xalis olsun! Zira əməlin dəyəri onun ixlaslığı qədərdir. Allah, ilahi olmayan niyyətlə edilən əməllərin heç birini qəbul etməz.  Zəvvarlar bu səfərdə Allahı çox zikr etməlidilər. Atdıqları hər addımda ixlaslı davranmalıdılar. İxlaslı əməl hər iki dünyada sahibini ucaldar.


Allah eşqinə hicaba və islami geyimə riayət edin!  Bu Əhlibeytin (ə) çox ciddi yanaşdığı məsələdir. Onlar Kərbəlada ən çətin şərtlər daxilində belə hicaba riayyət məsələsində ən üstün nümunə göstəriblər.  Beləki, düşmənlərin əziyyətlərindən heç biri onların çadırlarına hücum etmələri qədər qəlblərini yaralamamışdır. Möminlər və xüsusən möminələr iffətin şərti daxilində hərəkət etməlidilər.  Onların iffətinə xələl gətirəcək, hər cür geyim və davranışlardan uzaq durmalıdılar. Vücud cizgilərini aşkar edən dar paltarlar geyinməməli, xoş olmayan davranışlardan uzaq olmalı, qadağan edilmiş bəzəklərdən və bəzək əşyalarından istifadə etməməlidilər."


Hz.Məhəmməd (s) və ailəsinə salavat gətirdikdən sonra Ayətullah Sistani belə dua edib:"Uca Allahdan niyaz edirik ki, İmam Huseynin (ə) ziyarətçilərinin həyatını bərəkətli etsin. Ən üstün saleh qullarının ibadətlərini qəbul etdiyi kimi onların ibadət və itaətlərini qəbul etsin. Davranışlıarını nümunə göstəriləcək ən üstün əxlaqi ərdəmlər dərəcəsinə ucaltsın. İnşallah Qiyamət günündə imamları tərəfindən çağrılarlar və onun şəfaətinə nail olarlar. Bu yolda şəhid olanlar inşallah Imamla həşr olunarlar.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2014  09:32 Çap

Bu bölmədə

16 İyul, 2024
Bu gün Aşuradır

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!