|
|
Allahşükür Paşazadə İranın nümayəndə heyəti ilə görüşübBu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Ahlibeyt.az-ın QMİ-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, İranlı qonaqlar əvvəlcə Təzəpir məscid-kompleksini ziyarət ediblər. Sonra A.Paşazadə ilə görüş keçirilib. QMİ sədri qonaqları salamlayaraq, ölkələrimiz arasında dostluq və səmimiyyət əsasında qurulan münasibətlərin getdikcə daha da inkişaf etdiyini bildirib, bu işdə iki ölkə arasındakı mədəni əlaqələrin xüsusi rol oynadığını vurğulayıb. Əbuzər İbrahimi Təşkilat sədri qismində ilk xarici səfərini məhz Azərbaycana gerçəkləşdirdiyini vurğulayıb və ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında əlindən gələni əsirgəməyəcəyini bildirib. Tərəflər iki ölkə xalqının müştərək mədəniyyət, tarix, din, dil və adət-ənənələrə malik olduğunu bildirərək mədəniyyət sahəsində əlaqələrin daha da artırılmasının vacibliyini vurğulayıblar. Görüş zamanı iki ölkə arasındakı qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb. Sonra qonağın şərəfinə ziyafət verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Dekabr, 2014 07:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |