|
• Mənəviyyat • MəhərrəmBakının "Məşədi Dadaş" məscidində möhtəşəm Aşura mərasimi(fotolent)Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən "Məşədi Dadaş" məscidində də Aşura mərasimi öz möhtəşəmliyi ilə qeyd edilmişdir.Havanın soyuq və yağışlı olmasına baxmayaraq səhərdən Məscid və ətraf ərazilərə minlərlə müsəlman İmam Hüseyn,peyğəmbər ailəsinin yaxınları və Kərbəla şəhidlərini anmağa axışırdılar. Mərsim xalqımızın əsrlərdir qoruyub saxladığı,sovetlərin amansız repressiyalarının belə aradan apara bilmədiyi Əhli-Beyt məddahlarının Kərbəla şəhidlərinə oxuduqları novhə və mərsiyyələrin sədaları və minlərlə müsəlmanın güz yaşları və "YA HÜSEYN" sədaları altında keçirildi. Təziyyə tədbirinin davamında ilahiyyatçı alim,"Məşədi Dadaş" məscidinin imam cüməsi Hacı Şahin Həsənli Kərbəlada peyğəmbər nəvəsi və varsi İmam Hüseynin,pak ailəsinin həmçinin yaxınlarının haqq yolunda axıdılan nahaq qanlarının İslamı qoruyub saxlamasından söz açdı. Xətib Kərbəla şölündə olan qadın və uşaqların əsirliyinin, zülmə məruz qalma səbəblərinə toxunaraq bu hadisələrdən müsəlmanların daim ibrət almalı olmasına toxundu. İmam cümə xalqımızın Əhli-Beyt məhəbbətini əsrlərdir qoruyub saxlamasına,bu məhəbbətin onun milli ənələrinə,ədəbiyyatına,şəhadətsevərliyinə öz təsirini qoymasına toxunarsaq bu şəhadətsevərliyin xalqımızın torpaqlarını qorumasında canından keçməyə hazır olan vətən övladlarına da təsirsiz ötmədiyini qeyd etdi. Mərasimin sonunda Aşura ziyarəti oxundu.
Fotolar Seyid Anar Qasımova məxsusdur
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Noyabr, 2014 19:16 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |