|
|
AMEA və Qafqaz Müsəlmanları İdarəsi birgə beynəlxalq konfrans keçirəcəkAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Bakıda “İslam maarifçiliyi və müasir dövr" beynəlxalq konfrans keçiriləcək.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında məlumat verilib.
Bildirilib ki, beynəlxalq konfrans gələn ilin 15-17 aprel tarixlərində keçiriləcək. Beynəlxalq konfransın elmi-təşkilatı işlərinə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik edəcək.
İclasda çıxış edən İ.Həbibbəyli bildirib ki, qloballaşma şəraitində dini dəyərlərin qorunması və inkişaf etdirilməsi vacib məsələlərdəndir. Onun sözlərinə görə, İslam maarifçiliyi mədəniyyətin inkişafında mühüm rol oynayır.
RH-nin iclasının davamında Azərbaycan alimlərinin I Qurultayı barədə məlumat verilib. Akademik Rasim Əliquliyev qeyd edib ki, Azərbaycan alimlərinin I Qurultayı dekabrın 19-da keçiriləcək. AMEA-nın əsas binasında keçiriləcək qurultaya 500-dən artıq iştirakçı qatılacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Noyabr, 2014 19:07 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |