|
• DünyadaGürcüstanda Tasua yürüşü keçirilib (fotolent)Gürcüstanın Marneuli şəhərində Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi, İmam Əli adına xeyriyyə fondu, Marneuli "İmam Əli" məscidi və Əhli-beyt cəmiyyətinin təşkilatçılığı ilə Tasua yürüşü keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, yürüşdə Gürcüstanın müxtəlif bölgələrindən olan Əhli-beyt (ə) aşiqləri iştirak ediblər. Axund Hacı Hacıyev əzadarlar qarşısında çıxış edib: "Biz, Gürcüstan müsəlmanları ölkəmizin Samtsxe-Cavaxetiya bölgəsində məscid binasını kitabxanaya çevirmə cəhdlərini kəskin qınayır və bu məsələ ilə əlaqədar yaranmış insidentdə tutulan müsəlman qardaşlarımızla həmrəy olduğumuzu bildiririk." H.Hacıyev "İslam Dövləti" terror təşkilatı silahlılarının İraq və Suriya torpaqlarında islam və müsəlmanlıq adından nahaq yerə günahsız qanlar tökməsinə də toxunub və deyib ki, onlar müəyyən siyasi qüvvələrin sifarişini yerinə yetirən azmışlardır və gördükləri işlərin islama və müsəlmanlığa heç bir aidiyyəti yoxdur: "Gürcüstan müsəlmanları olaraq, onların insanlıqdan uzaq əməllərini kəskin şəkildə pisləyir və dinindən və irqindən asılı olmayaraq, bütün insanları sülhə və ədalətli olmağa çağırırıq."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Noyabr, 2014 18:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |