3 Noyabr, 2014
Gürcüstanda Tasua yürüşü keçirilib (fotolent)

Gürcüstanın Marneuli şəhərində Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi, İmam Əli adına xeyriyyə fondu, Marneuli "İmam Əli" məscidi və Əhli-beyt cəmiyyətinin təşkilatçılığı ilə Tasua yürüşü keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, yürüşdə Gürcüstanın müxtəlif bölgələrindən olan Əhli-beyt (ə) aşiqləri iştirak ediblər.

Axund Hacı Hacıyev əzadarlar qarşısında çıxış edib: "Biz, Gürcüstan müsəlmanları ölkəmizin Samtsxe-Cavaxetiya bölgəsində məscid binasını kitabxanaya çevirmə cəhdlərini kəskin qınayır və bu məsələ ilə əlaqədar yaranmış insidentdə tutulan müsəlman qardaşlarımızla həmrəy olduğumuzu bildiririk."

H.Hacıyev "İslam Dövləti" terror təşkilatı silahlılarının İraq və Suriya torpaqlarında islam və müsəlmanlıq adından nahaq yerə günahsız qanlar tökməsinə də toxunub və deyib ki, onlar müəyyən siyasi qüvvələrin sifarişini yerinə yetirən azmışlardır və gördükləri işlərin islama və müsəlmanlığa heç bir aidiyyəti yoxdur: "Gürcüstan müsəlmanları olaraq, onların insanlıqdan uzaq əməllərini kəskin şəkildə pisləyir və dinindən və irqindən asılı olmayaraq, bütün insanları sülhə və ədalətli olmağa çağırırıq."

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2571.html