|
• Mənəviyyat • MəhərrəmBu gün islam dünyası Tasua gününü qeyd edilirHicri-qəməri təqvimi ilə Məhərrəm ayının 9-u Tasua günüdür. - Həmin gün cümə axşamı gününə təsadüf edirdi. Şimr, Übeydullah ibn Ziyaddın yazdığı məktubu alıb Məhərrəm ayının doqquzuncu günü özünü Kərbəlaya yetirir və məktubu Ömər Sə`d üçün oxudu. - Ömər Sə`d dedi: Vay olsun sənə! Allah evini yıxsın, necə də pis xəbər gətirdin mənim üçün! Mən ümidvar idim ki, bu iş sülh ilə bitəcək, Allaha and olsun Hüseyn təslim olmayacaq çünki atasının ruhu onun cismindədir... Dini ədəbiyyatda “Tasua” dedikdə Məhərrəm ayının doqquzuncu günü nəzərdə tutulur. Hicri qəməri təqvimlə 61-ci ilin Məhərrəm ayının doqquzunda (Tasuada) Kərbəla çölündə İmam Hüseyn (ə) və onun yaxınları Ömər ibn Sədin (lən) qoşunları tərəfindən mühasirəyə alınıb. Həmçinin həmin vaxt əziz Peyğəmbərimizin (s) Əhli-beytindən olan İmam Hüseyn (ə) və onun yaxınlarının üzünə su yolları bağlanıb. “Tasua” günü Ömər ibn Səd (lən.) əziz Peyğəmbərimizin (ə) pak nəvəsi İmam Hüseynə (ə) və onun yaxınlarına qarşı müharibəyə başlamaq istəyir. Lakin İmam Hüseyn (ə) Hz. Əbülfəzl Abbas (ə) vasitəsilə bir gün ibadət etmək üçün möhlət istəyir. Düşmən ordusu əvvəlcə buna razı olmaq istəməsə də, sonradan razı olur.
İmam Sadiq (ə) buyurub: Tasua günü, imam Hüseyn (ə) və onun ətrafında olanlar Kərbəlada mühasirəyə alındı, Kufə qoşunu o həzrəti öldürmək üçün toplanıb. Mərcanənin oğlu və Ömər İbn Səd onların ətrafında toplanan qoşunların sayının çoxluğundan sevinirdi. O həzrəti və onun dostlarını zəif sayıb, onlara kömək gəlməyəcəyini, iraqlıların o həzrətə kömək etməyəcəyini yəqin etdilər. 2-Şümrin əmannaməsinin həzrət Abbas tərəfindən (ə) rədd olunması Tasua günü məlun Şümr, həzrət Əbafəzlül Əbbas (ə) və onun qardaşları üçün əmannamə (onların təhlükəsizlikdə olmasını göstərən şəhadətnamə) gətirdi. Şümür, imam Hüseynin (ə) xeymələrinə çatan zaman qışqırdı: “Bacımızın oğlanları hardadı?” O böyük şəxslər cavab vermədilər. İmam Hüseyn (ə) buyurdu: “Fasiq də olsa ona cavab verin!” Həzrət Əbbas (ə) onun cavabında buyurdu: “Nə deyirsən?” Şümür dedi: “Mən sizə Übeydullah tərəfindən əmannamə gətirmişəm. Hüseyn (ə) üçün özünüzü ölümə verməyin! ” Həzrət Əbbas (ə) uca səslə buyurdu: Allahın lənəti sənə və sənin amanına olsun! Peyğəmbərin (s) qızının oğlu amanda olmadığı halda biz amanda olaq?!” (Ənsabül-əşraf, c.3, səh. 184) 3-İmam Hüseyn (ə) tərəfindən müharibənin təxirə salınması istəyi Məhərrəmin doqquzunda, əsr vaxtı Ömər ibn Səd öz qoşunlarına üz tutub bağırdı: “Ey Allah ordusu, atalın və sevinin ki, cənnətə gedirsiniz! Beləliklə onun ordusu, imam Hüseynin (ə) xeymələrinə tərəf hərəkət etdi. İmam, öz xeyməsinin önündə oturub qılıncına söykənmişdi. Başını dizinin üstünə qoyumuşdu. O zaman mübarək başını qaldırıb həzrət Əbülfəzlə (ə) buyurdu: “Ey Əbbas, canım sənə fəda olsun, ata süvar ol, onlardan soruş ki, nə üçün buraya gəliblər?” Həzrət Əbbas (ə) iyirmi nəfər sahəbə ilə birlikdə düşmən qoşunu tərəfə gedib onların nə üçün gəldiklərini soruşdu. Ömər ibn Səd onun cavabında dedi: “Ya, Yezidlə beyət edin, ya da, qanlı döyüşə hazır olun”. Həzrət, onlara dedi: “Gözləyin, sizin sözününü imam Hüseynə (ə) çatdırım.” Onların sözünü o həzrətə (ə) çatdırdı. Həzrət (ə) buyurdu: “Qardaşım Əbülfəzl! Düşmən ordusuna qayıt, namaz və Allaha razü niyazla məşğul olmaq üçün bu axşamı onlardan möhlət al.Allah bilir ki, mən namaza, Quran oxumağ və dua etməyə məhəbbət bəsləyirəm.” Beləliklə də müharibə təxir ə düşdü. 4- İmam Hüseynin (ə) (düşmənlərə) xütbəsi İmam Səccad (ə) buyurub: Atam imam Hüseyn (ə), aşura gecəsi öz əshabını öz yanına çağırdı. Onun sözlərini eşitmək üçün Mən də xəstə olduğum halda onun yanına getdim . Atam, əsahaba vö öz köməkçilərinə buyurdu: “Ən gözəl sitayişlərlə Allah sitayiş edir, xoşluq və rahatsızlıqda Ona təşəkkür edirəm. İlahi, Sənə şükür edirəm ki, bizi peyğəmbərliklə (s) əziz etdin, Quran elmi, dinin fiqh elmini bizə karamət buyurdun. Bizə, eşidən qulaq, görən göz və ayıq ürək əta etdin. Bizi şükür edənər sırasıda qərar ver! Əmma b`əd. Həqiqətən də mənim yoldaş və əshabından daha yaxısı və daha vəfalılardan sorağım yoxdur. Öz Əhli-beytimdən (ə) daha itaətçi, daha sileyi-rəhmə bağlı qalanı tanımıram. Mənə kömək etdiyinizə görə Allah sizə yaxşı mükafat versin. Bilirəm ki, sabah bunlarla döyüşəcəyik. Mən, sizinlə olan beyətimi aradan qaldırıram. Yola düşüb getməniz və təhlükəli məkanından uzaqlaşmanız üçün gecənin qaranlığından örtük kimi istifadə etmənizə icazə verirəm. Sizlərdən hər biriniz Əhli-beytimizin (ə) bir nəfərin əlini tutub kənd və şəhərələ dağılın ki, Allah, (sizi bəladan xilas etməklə) öz fərəcini sizin üçün qərar versin. Bu camaatın işi, mənimlədir. Mənə əlləri çatsa, sizinlə işləri yoxdur.” İmamın buyurduqlarından sonra Əhli-beyt (ə) və o həzrətin əshabı, bir-birinin arxasınca qalxıb şəhadətədək öz fədakrlıq və imam Hüseynə (ə) vəfalı olacaqlarını ciddi olaraq bildirdi. (Kəmali-ibn Əsir, c. 4. Səh. 57, Əl-irşad, c.1, səh. 91). 5- İmam Hüseyn (ə) xeymələrinin ətrafında xəndəklərin qazılması İmam Hüseyn (ə) köməkçilərinə fərman verdi ki, xeymələrin ətrafında xəndək qazsınlar. Onu ox və neylə doldursunlar ki, düşmən hücum edən zaman onları yandırsınlar, düşmənlə xeymələr arasında yolu kəsib təkcə imamın (ə) köməkçiərinin yerləşdiyi hissəni açıq qoysunlar və döyüş orada həyata keçsin. (İmamül-Hüseyn (ə) və əshabuhu,səh.257) 6- Şəhadət qüslü İmam Hüseyn (ə) həzrət Əli Əkbəri otuz nəfər süvari və iyirmi nəfər piyada qoşunla su fəratdan su gətirmək üçün göndərdi. Onlar öz tuluqlarını su ilə xeymələrə gətirdi İmam öz əshabına üz tutub buyurdu: Qalxın və su için. Bu, sizin sonuncu azuqənizdir. Dəstəmaz alın, qüsl edin və paltarlarınızı yuyun ki, sizin kəfəniniz olsun. Nəql olunub ki, Əbdürrəhman və Bürəyr ibn Xuzəyr təmizlənmək - hamam və nəzafət üçün nəzərdə tutulan çadırın qapısında növbədə duruşdu. Bürəyr Əbdürrəhmanla zarafat edirdi. Əbdürrəhman ona dedi: “İndi zarafat vaxtı deyil”. Bürəyr dedi: Mənim qohumlarım bilir ki, nə cavanlıqda nə də yaşlılıqa (qocalıqda) zarafat əhli olmamşam. Mənə səadət və cənnət vəd olunuduğu üçün, (sər əz pa tanımıram) sevindiyimdən özümə sığmıram, özümlə cənnət arsında məsafənin təkcə şəhadət oldğunu bilirəm. (“Əmaleyi-Şeyx Səduq”, səh. 221, 30-cu məclis)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2020 11:50 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |