|
• DünyadaTürkiyədə məhərrəm ayı ilə əlaqədar əzadarlıq mərasimləri keçirilir (fotolent)Türkiyədə məhərrəm ayı ilə əlaqədar əzadarlıq mərasimləri keçirilir. Ahlibeyt.az-ın interaz-a istinadla verdiyi xəbərə görə, mərasimlər ölkənin paytaxt Ankara, İstanbul, Çorum, İğdır, İzmir və Bursa şəhərlərində çoxlu sayda Əhli-beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilir. Hər axşam məscidlərdə şam namazının qılınmasından sonra əzadarlıq mərasimləri başlayır. Mərasimlərdə mərsiyələr, nohələr deyilir, Kərbəla hadisələri, imam Hüseynin (ə) şəxsiyyəti və həyatı barədə danışılır, dualar oxunur. Gündəlik mərasimlər İstanbulun Halkalı qəsəbəsində yerləşən Zeynebiyyə məscidində də keçirilir. Buradakı əzadarlıqlarda Türkiyə cəfərilərinin lideri Selahattin Özgündüz geniş moizə ilə çıxış edir. Daha sonra mərasim Azərbaycandan getmiş Əhli-beyt (ə) məddahı seyid Taleh Borodigahının mərsiyələri ilə davam edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2014 12:14 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |