
Türkiyədə məhərrəm ayı ilə əlaqədar əzadarlıq mərasimləri keçirilir.
Ahlibeyt.az-ın interaz-a istinadla verdiyi xəbərə görə, mərasimlər ölkənin paytaxt Ankara, İstanbul, Çorum, İğdır, İzmir və Bursa şəhərlərində çoxlu sayda Əhli-beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilir.
Hər axşam məscidlərdə şam namazının qılınmasından sonra əzadarlıq mərasimləri başlayır. Mərasimlərdə mərsiyələr, nohələr deyilir, Kərbəla hadisələri, imam Hüseynin (ə) şəxsiyyəti və həyatı barədə danışılır, dualar oxunur.
Gündəlik mərasimlər İstanbulun Halkalı qəsəbəsində yerləşən Zeynebiyyə məscidində də keçirilir. Buradakı əzadarlıqlarda Türkiyə cəfərilərinin lideri Selahattin Özgündüz geniş moizə ilə çıxış edir. Daha sonra mərasim Azərbaycandan getmiş Əhli-beyt (ə) məddahı seyid Taleh Borodigahının mərsiyələri ilə davam edir.