|
• DünyadaHəcc ziyarətinə gedən 24 min qeyri-leqal zəvvar Məkkəyə buraxılmadıSon günlər 24 mindən çox zəvvarın qeyri-leqal yolla Məkkə şəhərinə daxil olmasının qarşısı alınıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə İslamnews-a agentliyi ArabNews-a istinadən məlumat yaymışdır. Məlumatda bildirilir ki, Taifin polis rəsi general Muhəmməd al-Validi açıqlama verərək bildirmişdir ki,bu il qeyri leqal zəvvarların qarşısını alınması məqsədi ilə Həcc ziyarəti öncəsi Nəzarət Keçid Məntəqələrinin fəaliyyəti daha tez fəaliyyətə başlayıb. Bu tədbirlər avtomobil və dəmir yollarında təhlükəsizliyin təmin edilməsi Həcc ziyarəti zamanı zəvvarların hərəkətinin zamanında tənzimlənməsi və bu il Məscid -ul- Hərəmə ayrılan kvotanın ümumilikdə azaldılması səbəbiylə həyata keçirilir. Bəzən Müqəddəs şəhərə giriş icazəsi olmayan şəxslər Nəzarət Keçid Məntəqələrni kənar yollarla keçməyə çalışırlar və bu zaman Məkkə şəhərinin ətrafında olan qayalarla əhatələnmiş dağlıq ərazilərdən keçməyə cəhd edirlər və bu keçidlərdə fəaliyyət göstərən xüsusi bələdçilər qeyri-qanuni yolla küllü miqdarda vəsait əldə edirlər. Qeyd olunur ki,bu yolla müqəddəs Məkkə şəhərinə daxil olanlar arasında xeyli sayda Həccin mənəvi mahiyyətindən xəbərsiz olanlara da rast gəlinir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2014 15:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |