21 Sentyabr, 2014
Həcc ziyarətinə gedən 24 min qeyri-leqal zəvvar Məkkəyə buraxılmadı

Son günlər 24 mindən çox zəvvarın qeyri-leqal yolla Məkkə şəhərinə daxil olmasının qarşısı alınıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə  İslamnews-a agentliyi ArabNews-a istinadən məlumat yaymışdır.

Məlumatda bildirilir ki, Taifin polis rəsi general Muhəmməd  al-Validi açıqlama verərək bildirmişdir ki,bu il qeyri leqal zəvvarların qarşısını alınması məqsədi ilə Həcc ziyarəti öncəsi  Nəzarət Keçid Məntəqələrinin fəaliyyəti daha tez fəaliyyətə başlayıb.

Bu tədbirlər avtomobil və dəmir yollarında təhlükəsizliyin təmin edilməsi Həcc ziyarəti zamanı zəvvarların hərəkətinin zamanında tənzimlənməsi və  bu il Məscid -ul- Hərəmə ayrılan kvotanın ümumilikdə azaldılması səbəbiylə həyata keçirilir.

Bəzən Müqəddəs şəhərə giriş icazəsi olmayan şəxslər Nəzarət Keçid Məntəqələrni kənar yollarla keçməyə çalışırlar və bu zaman Məkkə şəhərinin ətrafında olan qayalarla əhatələnmiş dağlıq ərazilərdən keçməyə cəhd edirlər və bu keçidlərdə fəaliyyət göstərən xüsusi bələdçilər qeyri-qanuni yolla küllü miqdarda vəsait əldə edirlər.

Qeyd olunur ki,bu yolla müqəddəs Məkkə şəhərinə daxil olanlar arasında xeyli sayda Həccin mənəvi mahiyyətindən xəbərsiz olanlara da rast gəlinir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2502.html