|
• DünyadaAyətullah Sistani İraqlı əsgərlərin kütləvi edamının araşdırılmasını tələb edibİraqın ən nüfuzlu dini lideri Ayətullah Sistani ölkə Parlamentindən yerli əsgərlərin kütləvi şəkildə edam edilməsi işi üzrə istintaq başladılmasını tələb edib.Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə "PressTV"agentliyi bu barədə Ayətullah sistaninin rəsmi nümayəndəsi Əhməd əl-Safi məlumat verdiyini bildirib. Onun sözlərinə əsasən, Ayətullah Sistani iyun ayında paytaxt Bağdadın şimalındakı Spayşer düşərgəsində yüzlərlə iraqlı əsgəri qətlə yetirənlərin tapılaraq cəzalandırılmasını istəyib: “Spayşer düşərgəsindəki insidentdə İraqın yüzlərlə övladı amansız və naməlum şəraitdə qətlə yetirilib. Onların bir çoxu hələ də itkindir; onlar, bəlkə də sağdırlar.” Əl-Safi əlavə edib ki, öldürülən əsgərlərin ailələri də İraq Parlamentindən insidentin ədalətli istintaqını və müvafiq qərarı gözləyir. Nümayəndə “Human Rights Watch” təşkilatının müvafiq hesabatına da toxunub. Belə ki, həmin hesabatda “İslam Dövləti” (İŞİD) terror təşkilatı üzvlərinin 560-770 nəfər arası iraqlı əsgəri sözügedən düşərgədə kütləvi şəkildə edam etdikləri deyilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Sentyabr, 2014 13:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |