إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bəhreyn şiələrinin lideri - Ayətullah Şeyx İsa Qasim

Ayətullah Şeyx İsa Əhməd Qasim Bəhreynin dini lideri və siyasətçısıdır. O Bəhreynin ən böyük muxalifət partiyalarından olan “əl-Vəfaq” partiyasının mənəvi lideri sayılır. O “İslamı dərk etmə təşkilatı”nın təsiscilərindən biri və lideri olmuşdur.

   Ayətullah Şeyx İsa Qasim 1937-ci ildə Bəhreynin Şimal Qərbində yerləşən Budaya şəhərinin Diraz kəndində anadan olub. Atası heç bir məşhur ailəyə mənsub olmayan sadə balıqçı idi. Şeyx Budayada orta məktəbdə oxuduğu müddətdə yüksək intellekt və zəkasıyla seçilirdi. İbtidai məktəbi bitirdikdən sonra qardaşının köməkliyi ilə Şeyx İsa Qasim Bəhreynin paytaxtı Manamaya ali məktəbdə oxumağa yollanır. Ali məktəbi bitirdikdən sonra 1962-cı ilə qədər Şeyx İsa Qasım Budayada orta məktəbdə müəllim kimi işləyir.

 Ali təhsil aldığı müddətdə Şeyx İsa Qasim gecələr Manamanın Naim məhəlləsinin qazisi Şeyx Əbdül Hüseyn əl-Hillidən İslam elmlərini dərs alır. 1962-ci ildə Şeyx İsa Qasim İraqın Nəcəf şəhərindəki elmi hövzəsində dərs almağa başlayır. Şeyx o dövrün məşhur mərcei-təqlidlərindən, o cümlədən, Məhəmməd Baqır əl-Sədrdən dərs alır. Nəcəfdə 4 il oxuduqdan sonra Şeyx Bəhreynə qayıdır. Şeyx 2 il “əl-Xəmis” orta məktəbində müəllim işlədikdən sonra yenidən Nəcəfə qayıdır. Nəcəfdə Ayatullah İsa Qasim  Şeyx Əbdül Əmir əl-Camri, Şeyx Abdulla əl-Ğuraifi, Şeyx Abdulla əl-Mədəni və Şeyx Abbas əl-Rəyis kimi Bəhreyinin digər məşhur alimləri ilə mütəmadi görüşlər keçirir.

Keçən əsrin 90-cı illərin əvvəllərində Şeyx dini təhsilini davam etdirmək üçün İranın Qum şəhərinə yollanır. Burada o Ayətullah Seyid Mahmud əl-Qaşimi, Ayətullah Seyyid Kazim əl-Hairi və Ayətullah Fazil Lənkarani kimi böyük alimlərdən dərs alır. 2001-ci ilin mart ayında Şeyx İsa Qasim xaric dərslərin bitirərək ictihad dərəcəsinə çatır. Həmin ilin mart ayının 8-də Bəhreynə qayıdan şeyx İsa Qasim bu günə kimi Diraz şəhərində imam cümədir.

 1971- ci ildə Şeyx hələ İraqda olarkən, Bəhreyndə dini liderlər tərəfindən Şeyxin qarşıdan gələn seckilərdə iştirakı üçün namizdəliyi irəli sürülür. Şeyx əvvəlcə imtina edib siyasətlə məşğul olmaq istəmədiyini və İraqda qalmaq istədiyini bildirir. Lakin seçkilərə az müddət qalmış Şeyxin qardaşı Mehdi İraqa səfər edib Şeyxi və ailəsini Bəhreynə gətirir.

 Şeyx İsa Əhməd Qasim 1972-ci ildə təsis yığıncağına seçilir. Burada Şeyx 1973-cü il konstitusiyasına İslamı şəriətinin daxil olmasında təsirə malik idi.

 1972-ci ildə tərkibində Ayətullah İsa Qasim, Şeyx Əbdül Əmir əl-Cəmrin, Şeyx Abdulla əl-Mədəni, Şeyx Abbas əl-Rəyis, Süleyman əl-Mubarək və Həsən əl-Mutəvvəc də olduğu “dini blok” yaradılır.

Seçkilər ərzində blok bir sıra proqamlar qəbul edir ki,  proqramda işçi qüvvəsi ittifaqlarına və tələbələrə dəstək, alkoqol içkilərin satışını qadağan etmək, ali təhsildə oğlan və qız tələbələrin ayrı təhsil almaları və s. kimi müddəalar öz əksini tapır.

 1973-cü ildən 1975-ci ilə qədər yəni Parlamentin buraxılmasına qədər Şeyx parlamentin üzvü olur. Şeyx həmin Parlamentə 15 secki dairəsində ən çox səs toplamaqla daxil olmuş şəxs olmuşdur.

 Şeyx İsa Qasim 1996-cı ildə hökümətə qarşı təxribat və sui-qəsddə ittiham edilr. Bəhreyn hökuməti iddia edirdi ki, Şeyx İranyönlü Bəhreyn Hizbullah təşkilatına rəhbərlik edir və Livan və İranın maliyyə dəstəyi və Hizbullah təşkilatın köməkliyi ilə hakimiyyətə qarşı təxribatlar hazırlayır. Bəzi həbs olunan Bəhreyin şiələri Şeyxin sui-qəsd və təxribatla əlaqəsi olmadığını desələr də, Şeyxin Hizbullahnan əlaqəsini inkar etmirdilər. Onlar bunu Şeyxin Hizbullahnan əlaqələrinin olduğunu və bunu Şeyxin İranın dini lideri Ayatollah Xameneinin mərcəliyini və vilayəti-fəqih sistemini təbliğ edtiyinə görə əsaslandırırdılar.

Şeyx İsa Qasim Bəhreyn şiələrin ən böyük siyasi partiyası olan “əl-Vəfaq” partiyasının mənəvi lideri kimi tanınır. Lakin Şeyx partiyada heç bir rəsmi statusa malik deyil . Buna baxmayaraq hamı bilir ki, “əl-Vəfaq” partiyasının Hüccətül-İslam  Şeyx Əli Salman bütün qərarlarını Şeyx isa Qasimdən məsləhət aldıqdan sonra qəbul edir.

Şeyx İsa Qasim 2011-ci il Bəhreyin inqilabının gedişatında Bəhreyn hökumətini və Bəhreyn Kralı Həmid bin İsa Ali Xəlifəni şiddətlə tənqid edir, onlara qarşı muxalif mövqedə olduğunu bildirərək ölkədə islahatlar aparılmasını tələb etməkdədir.

Elvin Abdulla

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2011  21:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!