إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Binəqədidə dini icmaların nümayəndələri ilə görüş keçirilib (fotolent)

 

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüş keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüşdə İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, sədrin müavini Siyavuş Heydərov, Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri Ramiz Göyüşov, Nuridə Allahyarova, Yunis Hüseynov, həmçinin Dövlət Komitəsinin Bakı şəhər üzrə şöbəsinin müdiri Anar Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Binəqədi qəsəbəsi "Came" məscidinin axundu Şabala Əliməmmədov, Rayon hüquq-mühafizə orqanlarının rəhbərləri Binəqədi rayonunda fəaliyyət göstərən dini icmaların nümayəndələri, bir qrup rayon ağsaqqalı iştirak edib.
Tədbiri Binəqədi RİH başçısı Xaləddin İsgəndərov açaraq giriş nitqi söyləyib, cəmiyyətdə mənəviyyat sisteminin özəyini təşkil dini dəyərlərə dövlət qayğısından danışıb. RİH başçısı rayonun ictimai-siyasi vəziyyətinin tərkib hissəsi kimi dini vəziyyətin də daim nəzarətdə saxlanıldığını bildirib. Yad ideyaların təsirində formalaşmış, millilikdən uzaq, milli və dini birliyimizə xələl gətirən təbliğatlara qarşı hər kəsin, eləcə də din xadimlərinin ayıq-sayıq olmasının, dini təbliğatı sağlam əsaslar və mənəviyyat üzərində qurmağın vacibliyini diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhər üzrə şöbəsinin müdiri Anar Kazımov Binəqədi rayonundakı dini vəziyyət barədə məlumat verib.
Sonra Şabala Əliməmmədov və Musa İbrahimov rayon dindarları adından çıxış edərək dini dəyərlərimizə göstərilən dövlət qayğısını minnətdarlıqla qeyd etmiş və buna görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək müstəqilliyin bərpasından sonra dini dəyərlərimizə qayıdışın baş verdiyini bildirib. Bu sahədə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışaraq, Prezident İlham Əliyevin milli-mənəvi dıyərlərimizin qorunması istiqamətində gördüyü işlərdən danışışıb. Həmçinin M.Qurbanlı qeyri-ənənəvi və zərərli dini təbliğatların qarşısının alınmasında din xadimlərinin rolunun vacibliyini qeyd etmişdir. Dövlət komitəsinin sədri dini icma nümayəndələrini maraqlandıran sualları da cavablandırıb.
Sonda Mübariz Qurbanlıya xatirə hədiyyəsi təqdim edildi.
Binəqədidə dini icmaların nümayəndələri ilə görüş keçirilib (FOTO) Binəqədidə dini icmaların nümayəndələri ilə görüş keçirilib (FOTO) Binəqədidə dini icmaların nümayəndələri ilə görüş keçirilib (FOTO) Binəqədidə dini icmaların nümayəndələri ilə görüş keçirilib (FOTO) Binəqədidə dini icmaların nümayəndələri ilə görüş keçirilib (FOTO)


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Avqust, 2014  11:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!