|
|
"İslamda vəhdətin genetik kodu” kitabının təqdimatı keçirilibİslam ümmətinin vəhdəti əsirlər boyu müsəlmanlar üçün aktual mövzu olub. Bu mövzunun aktuallığı günümüzdə bir qədər də artıb. Suriyada və İraqda təkfirçi qrupların törətdikləri vəhşiliklər bir başa ümmətin parçalanmasına yönəlib. Bu parçalanmanın qarşısına almaq isə hər bir şüurlu müsəlmanın vəzifələri sırasındadır və hər kəs bacardığı qədər bu işə töhfəsini verməlidir.
Ahlibeyt.az-ın verdiyi məlumata görə bu günlərdə “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin ofisində gənc yazar Elvin Tanrıyarın müəllifi olduğu “İslamda vəhdətin genetik kodu” adlı kitabın təqdimatı keçirilib. Müəllif ümmətin pərakəndəliyinin aradan qaldırılmasına məhz belə töhfə vermək qərarına gəlib. Adından da göründüyü kimi, E.Tanrıyar müsəlmanları birləşdirən ümumi dəyər haqqında düşüncələrini oxuculara təqdim edib.
Təqdimat mərasimində çıxış edən İctimai Birliyinin sədri, ilahiyyatçı, fəlsəfə elmləri doktoru Elşən Mustafaoğlu qeyd edib ki, sözügedən kitab üzərində müəllifin illərdir işləyir. E.Mustafaoğlu belə həssas və aktual məsələyə diqqət ayırdığı üçün E.Tanrıyara minnətdarlığını bildirib, gələcək yaradıcılıq uğurları diləyib.
Daha sonra çıxış edən kitabın müəllifi Elvin Tanrıyar toplaşanlarla fikirlərini bölüşüb, ümmətin vəhdət məsələsinin önəmini vurğulayıb.
Qeyd edək ki, oxucular “İslamda vəhdətin genetik kodu” kitabını “İnşaatçılar” metro stansiyasının çıxışında yerləşən “Zəka” və “Məşədi Dadaş” məscidi ərazisində yerləşən kitab mağazalarından əldə edə bilərlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Avqust, 2014 15:07 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |