|
• Mənəviyyat • Mənəviyyat6 min dəfə Quran xətm etmiş xanımNəfisə Xatun(s.ə) oruc tutmağı çox sevərdi Həsən bin Zeyd bin İmam Həsənin(ə) qızı, Hz.Əbdüləzimin(ə) bibisi, İmam Sadiqin(ə) gəlini Hz.Nəfisə Xatun(s.ə) hicri qəməri təqvimilə 145-ci ildə Məkkə şəhərində dünyaya göz açmış, Mədinə şəhərində ömür sürmüş və 208-ci ildə Misirdə dünyasını dəyişmişdir. Rəvayət edirlər ki, Nəfisə Xatun(s.ə) dünyasını dəyişən zaman həyat yoldaşı İshaq ibn Sadiq(ə) onun nəşini Mədinəyə aparmaq qərarına gəlir ki, xanımını Bəqi qəbirstanlığında dəfn etsin. Bunu eşidən camaat, kəramətli xanımın Misirdə dəfn olunmasını istəyirlər ki, İshaq qəbul etmir. Camaat şəhər valisindən İshaqda xahişdə bulunmasını istəyirlər. O da İshaqdan xahiş edir amma İshaq yenə qəbul etmir. O zaman camaat xeyli mal yığırlar ki, bunun əvəzində İshaq xanımını orada dəfn olunmasına icazə versin amma İshaq bunu da qəbul etmir. Camaat çox pərişan olur. Çünki istəyirdilər ki, kəramətli və zahid Nəfisə Xatun(s.ə) onların torpaqlarında dəfn olunsun. Gecə bir də İshaqın yanına gələndə onun halını çox dəyişik görüb səbəbini soruşurlar. İshaq cavabında deyir ki, dünən gecə Rəsuləllahı(s) yuxuda gördüm ki, mənə buyurdu: "Camaatın mallarını rədd et amma seyyidəni onların yanında dəfn et. Allahın rəhməti xanımın vücudu ilə Misir əhlinə nazil olar". Nəfisə Xatun(s.ə) çox zahid xanım olub. Zamanında gündüzləri oruc olub gecələri oyaq qalıb ibadət etməsilə məşhur idi. Nəfisə Xatun(s.ə) 30 dəfə həcc ziyarətində olmuşdur ki, bu ziyarətlərdən əksəriyyətini piyada əda etmişdir. Zeynəb bint Yəhya deyir ki, 40 il bibim Nəfisə Xatunun(s.ə) xidmətində oldum ki, 40 il ərzində onu gecəni yatarkən və gündüzləri yemək yeyərkən görmədim. Hətta bir gün bibimə dedim ki, nəyə görə öz sağlamlığını qorumursan? Cavabında mənə dedi ki, necə öz sağlamlığımı qoruya bilərəm ki, bilirəm ki, Qiyamət günü elə məqamlar vardır ki, onlara azad olmuşlardan başqa heç kəs yetişməyəcəkdir. Rəvayət edirlər ki, camaat Nəfisə Xatuna(s.ə) ölüm ayağında olanda oruc tutmamağı məsləhət görəndə onlara cavabında buyurdu: "30 ildir ki, Allahdan istəyirəm ki, dünyadan oruc halında köçəm, indi siz məndən 30 illik istəyimdən əl çəkməyimi istəyirsiz." Nəfisə Xatun(s.ə) ölümündən qabaq ölənlərdən olub. Beləki, sağlığında öz əllərilə bir qəbir qazmışdı ki, gününü o qəbirdə keçirər namaz qılar və Quran oxuyardı. Nəfisə Xatun(s.ə) həmin qəbirdə 6.000 dəfə Quranı oxuyub xətm etmişdir. Nəfisə Xatun(s.ə) ömrünün son günündə belə oruc idi. O Qurani-Kərimi xətm edərkən dünyasını dəyişmişdir ki, son tilavət etdiyi ayə bu olmuşdur: "Onlar üçün Rəbbinin dərgahında əmin-amanlıq yurdu hazırlanmışdır." Ənam surəsi, ayə 127. Nəfisə Xatun(s.ə) heç bir elmi təhsil almadan yüksək elm məqamına çatmış bir xanım olmuşdur ki, Şafei məzhəbinin banisi Məhəmməd ibn İdris belə ondan biliklər əxz etmişdir. Nəfisə Xatun həmçinin kəramət sahibi də olmuşdur ki, kəramətləri barədə kitab da yazılmışdır ki, həmin kəramətlərdən birini qeyd etməklə kifayətlənirik: Nəfisə Xatunun(s.ə) qonşuluğunda bir yəhudi ailəsi yaşayırdı. Onların qızlarının ayağında xəstəlik var idi ki, o yeriyə bilmirdi və ümumiyyətlə ayaq üstə dura bilmirdi. Bir gün anası qızına deyir ki, bir yerə getməliyəm. Gəl səni də özümlə aparım. Qız cavab verir ki, ayaqlarım ağrıyır. O zaman anası deyir ki, qal evdə tez gedib gəlirəm. Qız yenə razı olmur ki, tək qalmaqdan qorxuram. Anası qızından soruşur ki, bəs necə edək axı mən getməliyəm? Qızı deyir ki, apa məni Nəfisə Xatungilə(s.ə) və sən qayıdana kimi orada olaram. Ana Nəfisə Xatunun(s.ə) xidmətinə yetişib hali-qaziyəni danışır və Nəfisə Xatun razılıq verir. Ana qızını gətirir Nəfisə Xatungilə(s.ə) və gedir işinin dalınca. Bir azdan namaz vaxtı yaxınlaşır və Nəfisə Xatun(s.ə) dəstəmaz almaq üçün su hazırlayır. Dəstəmaz alan zaman dəstəmazın suyundan bir hissəsi qızın ayağının üstünə düşür. Suyun düşməsilə qız şəfa tapır. Qızın anası gələn zaman qız anasının qarşısına qaçaraq çıxır və əhvalatı anasına danışır. Bu kəramətli hadisədən sonra ana, qızı və onların bir neçə qohumu İslam dinini qəbul edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Avqust, 2011 17:46 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |