|
|
Gəncədəki “İmamzadə” dini-memarlıq kompleksində təmir işləri davam edilir (fotolent)Gəncədəki “İmamzadə” dini-memarlıq kompleksində əsaslı bərpa və təmir işləri 2010-cu ildən başlayıb və bu gün də davam edir.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, “İmamzadə” dini-memarlıq kompleksinin ətrafı kərpiclə hasara alınıb və qəbiristanlıqla ziyarətgah bir-birindən ayrılıb. Kompleksin əsas girişi xüsusi layihə ilə tikilib. “İmamzadə”nin ərazisində hər biri 200 nəfərin ibadəti üçün nəzərdə tutulmuş “Hüseyniyyə” və “Zeynəbiyyə” hissəsində işlər başa çatıb. İstifadə olunmuş tikinti materiallarının çoxu xarici ölkə məhsullarıdır. “İmamzadə” dini-memarlıq kompleksində ziyarətgahın üstündə 28 metr hündürlüyündə gümbəz, tikilinin sağ və sol hissəsində iki məscid inşa edilib. Məscidlərə aid iki minarədə də beton işləri başa çatmaq üzrədir. İş icraçısı Mail Şahsuvarov bildirib ki, “İmamzadə” dini kompleksinin həyətində üçmərtəbəli 50 nəfərlik mehmanxananın tikintisi başa çatıb. Birinci mərtəbədə dəstəmaz, ehsan , qurbangah məqsədi ilə aparılmış tikililərdə son tamamlanma işləri yekunlaşır. Komleksin gələn il təhvil verilməsi nəzərdə tutulur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Avqust, 2014 15:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |