إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam Konfransı Gənclər Forumunun Baş Katibi-"Ermənistan ağır bədəl ödəyəcək"

İslam Konfransı Gənclər Forumunun Baş Katibi  Elşad İskəndərov cəbhədəki son hadisələrə münasibət bildirib

“Ermənistan dünya güclərinin münaqişələrə ikili standartlarla yanaşmasından istifadə edir. Qəzzada baş verən hadisələrin eynisini Ermənistan Xocalıda törədib və dünya birliyi tərəfindən məsuliyyətə cəlb edilmədiyindən işğalçı siyasətini davam etdirir”.

Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi xəbərəgörə, bunu İslam Konfransı Gənclər Forumunun Baş Katibi Elşad İskəndərov İstanbulda Qəzza hadisələrinə həsr olunmuş sosial media kampaniyası çərçivəsində keçirilən tədbirdə bildirib. Toplantıya qatılan Türkiyənin aparıcı KİV nümayəndələrinin cəbhədəki son hadisələrin səbəbləriylə bağlı suallarını cavablandıran İKGF baş katibi qeyd edib ki, “Dünya birliyinin diqqətinin Qəzza hadisələrinə yönəldiyi bir vaxtda Ermənistanın bu təxribatı Azərbaycanı silahlı münaqişəyə sövq etməkdən ibarətdir”.

E.İskəndərov Ermənistanın təcavüzünün Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyinə qarşı yönəlmiş bir addım olduğunu bildirib. "Bu günə qədər Ermənistanın BMT təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyini və dünya birliyinin ikili standartlarından yararlanıb".

Ermənistanın son təxribat hücumlarının nəticəsində Azərbaycanın verdiyi itkilərlə bağlı verilən suallara münasibət bildirən E.İskəndərov Türkiyə mediasının nümayəndələrinə şəhidlərimizlə bağlı verdikləri başsağlıqlarına görə təşəkkür edib. İKGF baş katibi Azərbaycan ordusu tərəfindən erməni silahlı qüvvələrinin bütün hücümlarının dəf edildiyini xüsusi vurğulayıb: “Son hadisələr bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu Ermənistanın istənilən təxribatına layiqli cavab vermək gücündədir. Təxribatlar davam edərsə Ermənistan bunun daha ağır bədəlini ödəyəcək”,- deyə E.İskəndərov əlavə edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Avqust, 2014  13:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!