|
Hacı Şahin Həsənli-Vətən uğrunda canından keçən şəhiddirSon günlər cəbhədə baş verən qarşıdurmalar sanki milləti silkələdi. Bir daha hansı yağı düşmənlə üz-üzə durduğumuza əmin olduq. Amma bu hadisələr, təəssüf ki, cəmiyyətdəki çirkin elementləri də üzə çıxardı. Belə ki, sosial şəbəkələrdə təkfirçilər şəhidlərimizi bu ali məqama layiq olmadıqlarını bəytan etdilər, Azərbaycana isə “Tağut dövləti” damğası vuraraq əslində ermənilərlə eyni cəbhədə olduqlarını nümayiş etdirdilər. Bəs İslam şəhidliklə bağlı nə deyir? Daha konkret: cəbhədə ermənilərlərlə döyüşdə canlarını fəda edənlər şəhiddirlər, ya, təkfirçilər iddia etdikləri kimi, sadəcə həlak olan kafirlər? Məsələyə aydınlıq gətirmək üçün “Məşədi Dadaş” məscidinin imam-cüməsi Hacı Şahin Həsənliyə müraciət etdik. - Belə fikirlər radikal təfəkkürə malik insanlara məxsusdur. Düzü, bu mənim üçün gözlənilməz olmadı. Çünki artıq dəfələrlə buna bənzər çıxışların şahidi olmuşuq. Onlar gah milli bayramlarımızı hədəfə alır, gah tarixi şəxsiyyətlərimizi və mütəfəkkirlərimizi təhqir edir, onları müşrik və kafir adlandırırlar. Belə davranaraq, onlar özlərini guya əsl İslamın daşıyıcıları kimi təqdim etməyə çalışırlar. Amma İslam şəhidlərlə bağlı mövqeyini qəti və aşkar bəyan edir. Allah yolunda, vətən yolunda, haqq yolunda öldürülənlər şəhiddirlər. Bunun üçün kiminsə fətvası və ya göstərişinə ehtiyac da yoxdur. Bizim övladlarımız Azərbaycanımızı yağı yürüşündən qoruyarkən sinələrini güllələrə sipər etdilər ki, xalqımızın əminamanlığı pozulmasın, düşmən irəliləyə bilməsin. Və bu gün həmin o şəhidlərin sayəsində sağ-salamat və asudə gəzən radikal ünsürlər bu qəhrəman övladlarımıza həqarət edirlər, onların əziz xatirəsini təhqir edirlər, bununla kifayətlənməyib ümumiyyətlə vətənlərini, suyunu içib çörəyini yedikləri məmləkəti aşağılayırlar. Bir daha təkrar edirəm ki, vətən uğrunda canından keçən şəhiddir. Və burda dövlət quruluşunun heç bir əhəmiyyəti yoxdur, istər şəriət dövləti olsun, istərsə də dünyəvi. Onlar həyatlarını Azərbaycanımıza fəda etdilər, bizim də borcumuz onların ruhlarına hörmətlə yanaşmaqdır. Mənbə - İslam.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Avqust, 2014 16:21 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |