إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Tanınmış ilahiyyatçı Sabirabad olayına münasibət bildirdi

Hacı Şahin Həsənli: “Bu addımlar hansısa bir məzhəbin digər məzhəbə qarşı olan münasibəti deyil, sadəcə məlumatsız bir qrup insanın öz etirazını qeyri-adekvat şəkildə bildirməsidir”
“Sabirabadda baş verən hadisəni səhv addım kimi qiymətləndirirəm. Bu cür hallar şəxsindən asılı olmayaraq kiməsə qarşı baş verməsi yolverilməzdir. Kimisə əqidəsinə görə təqib eləmək,  onu təhqirə məruz qoymaq və bunu görüntüləyib yaymaq heç bir mənəvi prinsiplərə sığmır. Hər hansısa bir radikalın əməlləri bizim xoşumuza gəlmirsə belə, istənilən şəxslə mübarizə yalnız hüquqi müstəvidə aparıla bilər.”
Ahlibeyt.az-ın məlumatına görə bu sözləri AzadXeber.net saytına tanınmış ilahiyyatçı alim Şahin Həsənli Sabirabadda vəhhabilərlə bağlı baş verən olaya münasibət bildirərkən qeyd edib.
Müsahibin sözlərinə görə, bu cür vandal üsullarla kiməsə qarşı öz etirazını bildirmək, insanın təhqir olunması dini, mənəvi, ümumiyyətlə insani prinsiplərə sığmır: “Qeyd eləmək istəyirəm ki, bu hansısa bir məzhəbin digər məzhəbə qarşı münasibəti deyil.

Əksər vaxtı bu tip addımlar təxribat xarekterli olur və hansısa bir qarşıdurma görüntüsü yaratmaq məqsədi daşıyır. Yəni hansısa ölkədə sabitliyi pozmağa hesablanmış addım olur. Azərbaycanda tarix boyu heç bir  məzhəblər arası problem olmayıb. Azərbaycanda məzhəblərarası  münasibətlər çox sağlam əsaslarda, qardaşlıq prinsipləri üzərində qurulub. Ona görə də hesab edirəm ki, Azərbaycanda bu münasibətləri pozmaq istəyənlər olsa belə öz məqsədlərinə çatmayacaqlar.  Amma hər halda inanclılar, insanlar, bütövlükdə cəmiyyət oyaq olmalıdır ki, hansısa təkfirçilik əqidəsi Azərbaycana yol tapmasın, əsrlərlə qoruyub saxladığımız dəyərlərin zədələnməsin.”
İlahiyyatçı sonda bildirdi ki, sözügedən hadisələr hər hansı bir təxribatın tərkib hissəsi olması da istisna deyil: “Bəzən də sadəcə düşünülməmiş hərəkət ola bilər və kimsə bunu başqa bir şəkildə təqdim edib hansısa qıcıq yaratmağa calışar. Ona görə də bunların hamısının qiyməti cəmiyyət və din xadimləri  tərəfindən birmənalı şəkildə verilməli və bu kimi halların yolverilməz olduğu bildirilməlidir. Eyni zamanda bunu hansısa bir məzhəbin adına bağlamaq da düzgün deyil.

Məzhəb zəminində qarşıdurma kimi təqdim edilməsinin yanlış olduğu da açıqlanmalıdır. Görüntülərdən də məlum olan budur ki, onlar məlumatsız, sadə insanlardır. Güman edirlər ki, guya kiminsə əməllərinə o şəkildə etirazlarını bildirirlər. Bu addımlar hansısa bir məzhəbin digər məzhəbə qarşı olan münasibəti deyil, sadəcə məlumatsız bir qrup insanın öz etirazını qeyri-adekvat şəkildə bildirməsidir. Bir sözlə istənilən halda sözügedən hadisə pislənilməlidir.”
!

Закрытая информация, только для зарегистрированных пользователей!

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2014  16:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!