|
|
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Bakıda iftar süfrəsi açıbBakıda Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi geniş iftar süfrəsi açıb.Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə məlumatına görə, tədbirdə Qarabağda işğaldan əvvəl oxunan Qazi Qarabağ Azanı səsləndirilib. Azərbaycan şəhidlərinin ruhuna fatihə oxunulub. Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli deyib ki, Azərbaycandakı mövcud dini və etnik tolerantlıq olduqca yüksək səviyyədədir. Bu tolerantlıqdan sui-istifadə edən, milli birlik və bərabərliyimizi pozmaq istəyən bölücü radikal dini cərəyanlara qarşı mübarizədə ölkə vətəndaşlarını hər an dövlətə dəstək olmalıdır. Türkiyə səfirliyinin din müşaviri Sadıq Erarslan Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinə Ramazanın ilk günündə belə bir tədbiri ərsəyə gətirdiklərinə görə təşəkkürünü bildirib: “Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Azərbaycanın mənəvi dəyərlərinin qorunmasında misilsiz xidmətləri mövcuddur.” Tanınmış ilahiyyatçı Ağa Hacıbəyli çıxışında İslam dinində Ramazan ayının əhəmiyyətindən geniş söz açıb. Tədbirdə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin fəaliyyətini özündə əks etdirən videoçarx izlənilib. İftarda ölkə ictimaiyyətinin tanınmış simaları, QHT təmsilçiləri, media nümayəndələri, tələbə gənclər, şəhid və qazi ailələri iştirak ediblər. Türkiyənin TRT kanalı tədbirdən geniş reportaj hazırlayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyul, 2014 16:12 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |