|
Qamət Suleymanov Hacı Şahin Həsənli ilə birgə İŞİD-ə qarşı bəyanatdan imtina etdiƏn böyük təhriflərdən biri bu terrorçuların hər hansı bir məzhəbə aid edilməsidir. Müxtəlif məzhəb təmsilçiləri eyni mövqedən çıxış etməlidir”-Hacı Şahin Həsənli Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu sözləri Axar.az-a açıqlamasında "Məşədi Dadaş"məscidinin axundu Hacı Şahin Həsənli İŞİD qruplaşmasının fəaliyyəti ilə bağlı ölkəmizdəki müxtəlif islam məzhəblərindən olan din xadimlərinin birgə bəyanat verməsi haqda redaksiyanın təklifini dəyərləndirərkən demişdir. Hacı Şahin Həsənli istənilən məzhəbdən olan din xadimləri ilə bu cür birgə bəyanatların verilməsi fikrini sona qədər dəstəklədiyini bildirib: “Terrorçu qrupların əməllərinin sünni-şiə qarşıdurması kimi təqdim olunması olduqca yanlışdır. Onların qarşısını almaq üçün hər 2 məzhəbə məxsus olan din xadimləri birgə bəyanat verməlidir. İraqda da hazırda bu cür ediblər. Oranın alimləri birgə bəyanat verərək terrorçu qrupların fəaliyyətini lənətləyiblər. İraqda İmam övladlarının qəbirlərinin dağıdılması sünni alimlər tərəfindən pislənilib. İmam Hüseyn təkcə şiə dünyasına aid deyil, bütün islam aləmi üçün müqəddəsdir. Necə ola bilər ki, sünni məzhəbindən olanlar peyğəmbər nəvəsinin qəbrinin dağıdılmasına razı olsun? Bu cür əməllərlə məşğul olan adamların hər hansı bir məzhəbə aid edilməsi o məzhəbin təhqir olunması deməkdir. Ona görə də mən sizin təklifinizi tam dəstəkləyirəm və birgə bəyanat verilməsinə sona qədər razıyam”. Hacı Şahin Həsənli onu da bildirmişdir ki, ki, QMİ-də təmsil olunan din xadimləri hansı məzhəbdən olmasına baxmayaraq, bu mövqedə dayanıb: “Təbii ki, Qafqaz Müsəlmanları İdarəsində ortaq mövqe nümayiş olunur. Orda müxtəlif məzhəblərə aid olan şəxslər olsa da, biz ortaq mövqedən çıxış edirik. Ancaq daha yaxşı olar ki, başqa din xadimləri də bu məsələdə ortaq mövqedən çıxış etsinlər və bu əməlləri pisləsinlər”. Fəaliyyətini dayandırmış Əbu-Bəkr məscidinin imam-camaatı və sələfilərin liderlərindən olan Hacı Qamət Süleymanovla da məsələ ilə bağlı əlaqə saxlanılaraq İŞİD-in əməllərinə qarşı Hacı Şahinlə Həsənli ilə birgə bəyanat vermək fikrinə necə yanaşdığı soruşulmuşdur. Sələfi lideri bildirmişdir ki,mən öz mövqeyimi bildirmişəm: “Özüm demişəm ki, onların fəaliyyətini məqbul saymıram. Bu məsələdə heç kimlə birgə bəyanat vermək kimi bir fikrim yoxdur. Özüm təkcə mövqeyimi deyirəm. Kiminsə yanımda olmağına və ya kiminsə yanında olmağa ehtiyac yoxdur”. Qeyd edək ki, məsələ ilə bağlı üçüncü şəxs olan sələfi lider Əlixan Musayev telefon zənglərinə cavab verməmişdir Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyul, 2014 18:43 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |