|
• DünyadaFələstin BMT-ə üzv olmaq üçün müraciət etdi23 sentyabr Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas BMT-nin baş katibi Pan Gi Muna Fələstin muxatariyyətini dövlət sərhədləri 1967-ci ildəki 6 günlük müharibədən öncəki sərhədlərdə qəbul edilməklə təşkilata üzv qəbul etmək üçün müraciət edib. Prosedur qaydalara əsasən, baş katib bu müraciəti təşkilatın Təhlükəsizlik Şurasına göndərməlidir. Və əgər şuraya üzv ölkələrdən biri bu müraciətə veto qoymuş olsa, Fələstin BMT-ə üzv qəbul edilməyəcək. ABŞ qabaqcadan buna veto qoyacağını bəyan etdiyinə görə, çox güman ki, Mahmud Abbas analoji müraciəti BMT-nin Baş Assambleyasına edəcək. əgərBaş Assambleyaya üzv dövlətlərin üçdə ikisi bu müaricətin lehinə səs verərlərsə, o zaman Fələstin muxtariyyəti BMT-ə üzv olunmayan lakin müstəqil dövlət hesab olunacaq. Fələstin muxtariyyətinin əldə edəcəyi bu status Fələstinə İsrailə və onun vətəndaşlarına qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırmağa icazə verəcək ki, bu da İsrail üçün xoşagəlməz anlar yaşadacaqdır. Artıq İsrail bu müraciətin edilməsindən təəssüfləndiyini bildirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2011 04:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |