
23 sentyabr Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas BMT-nin baş katibi Pan Gi Muna Fələstin muxatariyyətini dövlət sərhədləri 1967-ci ildəki 6 günlük müharibədən öncəki sərhədlərdə qəbul edilməklə təşkilata üzv qəbul etmək üçün müraciət edib.
Prosedur qaydalara əsasən, baş katib bu müraciəti təşkilatın Təhlükəsizlik Şurasına göndərməlidir. Və əgər şuraya üzv ölkələrdən biri bu müraciətə veto qoymuş olsa, Fələstin BMT-ə üzv qəbul edilməyəcək.
ABŞ qabaqcadan buna veto qoyacağını bəyan etdiyinə görə, çox güman ki, Mahmud Abbas analoji müraciəti BMT-nin Baş Assambleyasına edəcək. əgərBaş Assambleyaya üzv dövlətlərin üçdə ikisi bu müaricətin lehinə səs verərlərsə, o zaman Fələstin muxtariyyəti BMT-ə üzv olunmayan lakin müstəqil dövlət hesab olunacaq.
Fələstin muxtariyyətinin əldə edəcəyi bu status Fələstinə İsrailə və onun vətəndaşlarına qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırmağa icazə verəcək ki, bu da İsrail üçün xoşagəlməz anlar yaşadacaqdır.
Artıq İsrail bu müraciətin edilməsindən təəssüfləndiyini bildirib.