|
• DünyadaAbgül Süleymanova və Tale Bağırova qarşı yeni ittihamlar irəli sürülübAbgül Süleymanovun və Tale Bağırovun vəkilləri bildiriblər ki, onların müdafiə etdikləri şəxslərə qarşı yeni ittihamlar irəli sürülüb. Hacı Tale Bağırovun vəkili İntiqam Hacıyev bildirib ki, Bağırov Tale Kamil oğlu indiyə kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunurdu. Amma indi ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə (Bir qrup şəxs tərəfindən Xuliqanlıq) yeni ittiham əlavə olunub. Hacı Abgül Süleymanovun vəkili Anar Qasımlı da müdafiə etdiyi şəxsə qarşı yeni ittihamlar irəli sürüldüyünü bildirib. Beləki, Abgül Süleymanov indiyə qədər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunurdu. Yeni ittihamlara görə isə Abgül Süleymanovun işinə 234.4.3-cü maddə (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) əlavə olunub. Eyni zamanda Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı(yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ittiham əlavə olunub. azadxeber.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2011 01:24 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |