|
|
“Boko Haram” Nigeriyada növbəti dəfə 3-12 yaş arası 60 qızı qaçırdıAhlibeyt.az-ın “Dunyabulteni”-nə istinadən verdiyi xəbərə görə, təkfirçi “Boko Haram” terror qruplaşması Nigeriyanın şimal-şərqindəki Borno əyalətində yerləşən Kummabza kəndinə basqın edərək 30 nəfəri öldürüb,3- 12 yaş arasındakı 60 qızı isə qaçırıb.Terrorçular kənddəki evləri yandırıblar. Qruplaşma tərəfindən bu tip hucumların həyata keçirilməsi ilk deyil.Aprel ayında bir qəsəbə məktəbinə hücum nəticəsində qruplaşma tərəfindən 300 qədər məktəbli qız qaçırılmışdı onlardan yalnız 50-yə qədəri geri dönmüş digərlərinin aqibəti barədə bu günə qədər bir məlumat əldə edilə bilməmişdir. Qeyd edək ki, əhalisinin sayına görə Afrikanın ən böyük ölkəsi olan Nigeriyada 170 milyondan çox insan yaşayır və bunun 50 faizə qədərini əsasən ölkənin şimalında məskunlaşmış müsəlmanlar təşkil edir.Son illər hakimiyyəti təhdid edən və xüsusən müsəlmanlar məskunlaşmış ərazilərə hucumlar təşıkil edən "Boko Haram" təşkilatının məqsədi ölkədə öz qaydalarına uyğun şəriət dövləti qurmaq istəmələridir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2014 13:12 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |