
Ahlibeyt.az-ın “Dunyabulteni”-nə istinadən verdiyi xəbərə görə, təkfirçi “Boko Haram” terror qruplaşması Nigeriyanın şimal-şərqindəki Borno əyalətində yerləşən Kummabza kəndinə basqın edərək 30 nəfəri öldürüb,3- 12 yaş arasındakı 60 qızı isə qaçırıb.Terrorçular kənddəki evləri yandırıblar.
Qruplaşma tərəfindən bu tip hucumların həyata keçirilməsi ilk deyil.Aprel ayında bir qəsəbə məktəbinə hücum nəticəsində qruplaşma tərəfindən 300 qədər məktəbli qız qaçırılmışdı onlardan yalnız 50-yə qədəri geri dönmüş digərlərinin aqibəti barədə bu günə qədər bir məlumat əldə edilə bilməmişdir.
Qeyd edək ki, əhalisinin sayına görə Afrikanın ən böyük ölkəsi olan Nigeriyada 170 milyondan çox insan yaşayır və bunun 50 faizə qədərini əsasən ölkənin şimalında məskunlaşmış müsəlmanlar təşkil edir.Son illər hakimiyyəti təhdid edən və xüsusən müsəlmanlar məskunlaşmış ərazilərə hucumlar təşıkil edən "Boko Haram" təşkilatının məqsədi ölkədə öz qaydalarına uyğun şəriət dövləti qurmaq istəmələridir.