إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Britaniya parlamentinə İslami bayramların rəsmən qeyd edilməsi üçün müraciət hazırlanır

Ahlibeyt.az-ın İslamTudey-ə istinadən verdiyi xəbərə görə Britaniyanın bir qrup müsəlman aktivistləri internetdə kampaniya yaradaraq İngiltərədə İslami bayramların parlament tərəfindən rəsmən qəbul edilməsi üçün petisiya hazırlanaraq imza toplamağa başlayıblar.Petisiyanın müəllifi ictimai aktivist Con Timmisdir.  Onlar imzaları Britaniya parlamentinə göndərəcəklər. İndiyədək 119 min imza toplanmışdır.

Bu ölkənin 2011-ci ildə qərara alınmış qanununa əsasən Britaniya vətəndaşları tərəfindən verilən bir təklif 100 mindən çox imza ilə parlamentə göndərilərsə, bu ölkənin qanunverici orqanının vəzifəsidir ki, qanuna əsasən müzakirəyə çıxarsın.

Kampaniyanın sonuna üç ay qalmasını nəzərə alsaq imzaların  bundan da çox olacağına şübhə yoxdur. Buna görə də bu ölkənin parlamenti bu təklifi müzakirəyə çıxarmağa məcbur olacaqdır.

Hal-hazırda Britaniyada yalnız xristian bayramları rəsmi şəkildə qeyd olunur.Digər dinlərin bayram və tətilləri bu ölkənin təqvimində özünə yer almamışdır. Halbuki, müsəlmanların bu ölkədə çoxluğuna görə onların rəsmi tətil və bayramlarının də ölkə təqvimində qeyd olunması qanuna uyğun və məntiqidr.

Lakin petisiyanın əleyhdarları bunu əsas gətirirlər ki,müsəlman bayramları qəməri təqvim (ay təqvimi) ilə hesablandığından bu bayramların tarixi hər il dəyişəcək və bu iş təqviminin dəyişdirilməsində müəyyən çətinliklər yaradacaq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2014  12:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!