|
• DünyadaSamirra şəhəri terrorçulardan təmizləndiVerilən məlumatlara görə bu gün səhər saatlarında İŞİD terrorçuları Samirraya hücum ediblər. Ahlibeyt.az-ın Svoboda.org-a istinadən verdiyi xəbərə görə, Samirra şəhəri tamamilə terrorçulardan təmizlənib. İraq ordusunun xüsusi təyinatlılarının və Hərbi Hava Qüvvələrinin irimiqyaslı əməliyyatı nəticəsində terrorçular Samirra şəhərini tərk ediblər. İraq ordusu terrorçuları təqib edir. Verilən məlumata görə, Samirra şəhərinə səhər saatlarında yüzlərlə terrorçu hücum edib. Onlardan 120-si öldürülüb. Qalanları isə İraq ordusunun amansız hücumu nəticəsində Samirranı tərk ediblər. Samirra şəhərində İmam Əliyyən Nəqi və İmam Həsən Əskərinin (ə) hərəmi yerləşir. Terrorçular səhər saat 4-də yenicə təmirdən çıxmış ziyarətgah kompleksinə hücum etsələr də, təhlükəsizlik əməkdaşları öz canları bahasına ziyarətgaha terror edilməsinin qarşısını alıb. 51 təhlükəsizlik əməkdaşı dünyasını dəyişib. Qeyd edək ki,Samirra şəhərində hücuma məruz qalan Əsgəriyyə türbəsi 2006-cı ildə təkfirçi qruplar tərəfindən partladılaraq təmamən dağıdılmışdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2014 00:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |