
Verilən məlumatlara görə bu gün səhər saatlarında İŞİD terrorçuları Samirraya hücum ediblər.
Ahlibeyt.az-ın Svoboda.org-a istinadən verdiyi xəbərə görə, Samirra şəhəri tamamilə terrorçulardan təmizlənib. İraq ordusunun xüsusi təyinatlılarının və Hərbi Hava Qüvvələrinin irimiqyaslı əməliyyatı nəticəsində terrorçular Samirra şəhərini tərk ediblər. İraq ordusu terrorçuları təqib edir.
Verilən məlumata görə, Samirra şəhərinə səhər saatlarında yüzlərlə terrorçu hücum edib. Onlardan 120-si öldürülüb. Qalanları isə İraq ordusunun amansız hücumu nəticəsində Samirranı tərk ediblər.
Samirra şəhərində İmam Əliyyən Nəqi və İmam Həsən Əskərinin (ə) hərəmi yerləşir. Terrorçular səhər saat 4-də yenicə təmirdən çıxmış ziyarətgah kompleksinə hücum etsələr də, təhlükəsizlik əməkdaşları öz canları bahasına ziyarətgaha terror edilməsinin qarşısını alıb. 51 təhlükəsizlik əməkdaşı dünyasını dəyişib.
Qeyd edək ki,Samirra şəhərində hücuma məruz qalan Əsgəriyyə türbəsi 2006-cı ildə təkfirçi qruplar tərəfindən partladılaraq təmamən dağıdılmışdır.