إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Vəhid Xorasani-Digər məzhəblərin böyuklərini lənətləmək və təhqir etmək olmaz

Müsəlman dünyasının tanınmış alimi  Ayətullah Vəhid Xorasani digər məzhəblərin ardıcılları ilə düşmənçiliyi qeyri-məqbul sayıb: “Digər məzhəblərin davamçıları ilə düşmənçilik etmək, onların müqəddəslərini alçaltmaq, böyüklərini lənətləmək olmaz. Bu, onların Əhli-beytdən uzaqlaşmalarına səbəb olur.”

Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Ayətullah Xorasani İranın Qum şəhərində Ümumdünya İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının sədri Ayətullah Ərakini qəbul edərkən İslamın mərhəmət dini olduğunu bildirib.

“Məhəmməd peyğəmbərin (s) və imam Əlinin (ə) rəftarı təkfirçi və radikal hərəkətlərə qarşıdır. Bizə tapşırılıb ki, digər məzhəblərin davamçılarının camaat namazlarında iştirak edək, onlara sevgi göstərək, xəstələrini yoxlayaq." - Ayətullah Vəhid Xorasani belə deyib.

Assambleya sədri isə öz növbəsində, bəzi İslam məzhəblərinin müqəddəslərini təhqir etməklə məşğul olan beynəlxalq televiziya kanallarının fəaliyyətinə toxunub, onların müsəlmanlar arasında təfriqə yaratmaqdan başqa bir məqsədlərinin olmadığını söyləyib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 May, 2014  21:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!