|
|
Azərbaycanda “Milli tariximiz, ənənələrimiz, dəyərlərimiz” adlı bilik müsabiqəsi (fotolent)Ahlibeyt.az-ın islam.az-a istinadən verdiyi xəbərə görə “Park İnn” oteldə Bakı Təhsil İdarəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (DƏ-İKGF, ARM) təşkilatçılığı, Gəncliyə Yardım Fondunun (GYF) iştirakı ilə Bakı şəhərində məktəb yaşlı uşaqlar arasında “Milli tariximiz, ənənələrimiz, dəyərlərimiz” adlı bilik müsabiqəsinin yekun mərhələsi keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın tarixi, ənənələri və mənəvi dəyərlərlə bağlı biliklərin yeniyetmə və gənclərə daha çox çatdırılmasıdır. İslam.az-ın verdiyi xəbərə görə, üç ay öncə Bakı şəhərinin 4 rayonunda yazılı olimpiadalar formatında start götürən müsabiqənin bu gün final mərhələsi keçirilmiş, qaliblər müəyyən edilmiş və onlar pul mükafatı və digər qiymətli hədiyyələrlə təltif edilmişlər. Qalib yerləri tutmayan bütün final iştirakçılarına isə həvəsləndirici mükafatlar verilmişdir.Tədbirdə təşkilatçı qurumların nümayəndələri, rəsmi qonaqlar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
![]() ![]() ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2014 12:02 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |