|
|
Azərbaycanda “Yehovanın Şahidləri” təlimini yayan şəxslər saxlanılıbSaxlanılanlardan biri azyaşlıdır Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə Qaxda “Yehovanın Şahidləri” təlimini yaymaqda təqsirləndirilən şəxslər saxlanılıb.
Qax Rayon Polis Şöbəsində verilən məlumata görə, saxlanılanlardan biri azyaşlıdır.
Polisdən bildirilib ki, şöbəyə bir qrup şəxsin rayon ərazisində ev-ev gəzərək, “Yehovanın Şahidləri” təlimini yayması barədə məlumat daxil olub.
Məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Gülarə Hüseynova, Qax rayon sakini Təranə Xususşvili və onun qızı, 14 yaşlı Luka Xususvili tutulub. Onlardan yayılması qadağan olunmuş “Əhdi Ətiq” kitabı götürülüb.
Saxlanılan şəxslərin barəsində inzibati tədbir görülməsi üçün materiallar rayon məhkəməsinə göndərilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2014 09:27 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |