|
|
Səyyad Aran- Nurçular və sələfilərlə mübarizə aparmaq lazımdırAhlibeyt.az Modern.az-a istinadən xəbər verir ki,bu gün “Park İnn” oteldə mərhum eks-prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Heydər Əliyev və milli mənəvi dəyərlər" mövzusunda konfrans keçirib. Konfransda komitə rəhbərliyi ilə yanaşı, millət vəkilləri, müxtəlif dini qurumların nümayəndələri də iştirak edib. Konfransı komitənin sədr əvəzi Səyyad Salahlı (Səyyad Aran ) açıq elan edərək Heydər Əliyevin milli mənəvi dəyərlərə olan sayqısından bəhs edən maraqlı faktlar səsləndirib:
Səyyad Aran Azərbaycanda tez bir zamanda ən böyük məscidin açılışı barədə məlumat verərək qeyd edib ki, Binəqədi rayonu ərazisində inşa olunan məscidin tikiniti işləri ilə Ölkə Prezidenti və Mehriban xanım Əliyeva tanış olub”.
Dövlət Komitəsinin sədr əvəzi son zamanlar barələrində ciddi söhbət gedən dini qruplardan narazılığını gizlətməyib. “1990-cı illərin əvvəllərində də bu cür qruplaşmalar var idi. İndi də bu hiss olunur. Azərbaycanın dövlətçilik və milli mənəvi dəyərlərinə hörmət edən hər bir din xadimi onlarla son anına qədər mübarizə aparmalıdır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 May, 2014 16:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |