|
Allahşükür Paşazadə: “İndiki dövrdə radikallıq və ekstremizm təzahürlərinin aradan qaldırılması prioritet əhəmiyyət kəsb edir”QMİ sədri Allahşükür Paşazadə Küveytin Vəqflər Nazirinin birinci müavini Adel əl-Fəlahı qəbul edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bu gün Küveytin Vəqflər Nazirinin birinci müavini Adel əl-Fəlahı qəbul edib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şeyxülislam A. Paşazadə qonağın Azərbaycan və Küveyt xalqları arasında mənəvi əlaqələrin dərinləşməsində oynadığı rolu yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.
Görüşdə xalqlarımız arasında dini-mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində görülmüş işlər xatırlandı, gələcək üçün yeni təkliflər müzakirə olunub: “İndiki dövrdə radikallıq və ekstremizm təzahürlərinin aradan qaldırılması prioritet əhəmiyyət kəsb edir və buna nəzərə alsaq, Adel əl-Fəlahın təbliğ etdiyi vəsətiyyə, yəni mötədil İslam xətti böyük önəm daşıyır”.
Qonağın Azərbaycanda dəfələrlə olduğunu, ümummilli lider Heydər Əliyevin irsinə böyük dəyər verdiyini, “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda araşdırmanın müəllifi olduğunu, Bakıda dinlərarası dialoq və multikulturalizm mövzularında keçirilən çoxsaylı beynəlxalq konfrans və forumlarda fəal iştirakını xatırladan Şeyxülislam Allahşükür Paşazadə ümidvar olduğunu bildirib ki, Adel əl-Fəlah bundan sonra da İslami dəyərlərin ümumbəşəri mənafelər naminə təbliği və təşviqi, xalqlar arasında mehriban qonşuluq və səmərəli əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində dəyərli səylərini davam etdirəcək. Küveytli qonaq, öz növbəsində, QMİ sədrinin qardaş Küveyt-Azərbaycan xalqları arasında mənəvi əlaqələrin inkişafına, nəinki MDB məkanında, bütövlükdə beynəlxalq müstəvidə dinlərarası dialoq işinə böyük töhfələr verdiyini xüsusi vurğulayıb və bu istiqamətdə səylərə bundan sonra da hər zaman dəstək verəcəyini bildirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 May, 2014 11:28 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |