|
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni təyinat
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yeni – üçüncü müavini də təyin edilib Prezident İlham Əliyev aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsasnaməsinə dəyişiklik edib. Dəyişiklik nəticəsində komitə sədrinin müavinlərinin sayı 3-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yeni – üçüncü müavini də təyin edilib. Ölkə başçısının müvafiq sərəncamı ilə Siyavuş Heydərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin olunub. Dövlət Komitəsindən aldığımız məlumata görə, bu gün Siyavuş Heydərovun kollektivdə təqdimatı olub. Təqdimat mərasimini millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla keçirib. Yeni təyinatla bağlı rəsmi sərəncamın tezliklə elan olunacağı bildirilir. Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov bir neçə gün öncə - mayın 2-də vəzifədən azad edilib. Hazırda sədrin səlahiyyətlərini müvəqqəti olaraq birinci müavini Səyyad Aran icra edir. Komitə sədrinin daha bir müavini isə Gündüz İsmayılovdur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 May, 2014 19:28 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |