|
• Mənəviyyat • FatimiyyəXilafət uğrunda mübarizəFatimeyi-Zəhra(s.ə) Hz.Əlinin(ə) edə bilmədiyini etməli idi Peyğəmbər(s) artıq dünyadan köçüb. Hələ Peyğəmbər (s) zamanından bir dəstə insan plan qurublar ki, vilayət Allahın seçdiyi adamın - Əlinin(ə) əlinə keçməsin. Peyğəmbər(s) vəfat edir, meydan açılır, onlar da planlarını həyata keçirtmək üçün meydana daxil olur. Əli(ə) Peyğəmbərin(s) dəfni ilə məşğul olur, onlar da tələsik xəlifə seçmək üçün Səqifədə toplaşırlar. Xəlifə seçkilərinə getməməklə Əli(ə) onlara fürsət verdi, onlar da fürsətdən istifadə etməyə tələsdilər. Tələsməklərinin də səbəbi yalnız Əli(ə) deyildi, onlar özləri bir-birindən amanda deyildi. Xəlifə olmağa neçə namizəd iddialı idi. Mmühacirlərin və ənsardan sayılan Ovs və Xəzrəc qəbilələrinin nümayəndələri. Yəni xilafət uğrunda 3 tərəf mübarizə aparırdı. Onların tələsmələrinə səbəb Həzrət Əlidən(ə) çox bir-birindən qorxmaları idi. Qabağa düşən xəlifə olacaq. Bu səbəbdən məsələni tezləşdirdilər. Başqalarının xəlifə seçilməsindən qorxmasaydılar, səbr edib Həzrət Əliylə(ə) bir yerdə Peyğəmbəri(s) dəfn edərdilər, xilafəti isə sonra əllərinə keçirərdilər. Lakin Peyğəmbər(s) hələ dəfn olunmamış onlar xilafət məsələsini qaldırıb hakimiyyət davasına başladılar. Niyə Əli(ə) onlara fürsət verdi? Çünki, Əli(ə) onların iç üzünü göstərmək istəyirdi. Deyə bilərik ki, kaş Əli(ə) dinə görə dəfni təxirə salıb tez gedib öz haqqını tələb edərdi. Əli(ə) Allahın məsləhəti ilə bu işi gördü ki, onların kimliyini tanımaq üçün xalqa fürsət versin. Artıq camaatın “bunlar bizi aldatdılar” deməyə bəhanəsi olmasın. Peyğəmbər(s) öz səhabəsi Malik ibni Nüveyrə barədə demişdi ki, kim cənnət əhlini görmək istəsə, Malikə baxsın. Xilafətin ilk vaxtlarında Malik Mədinəyə gələndə birinci xəlifəni minbərdə oturduğunu görüb soruşdu: “Bu kişi Peyğəmbərin(s) minbərində nə gəzir?” Dedilər ki, bəs o xəlifə seçilib. Bu zaman o etiraz etdi: “Mən Qədr-Xumda Peyğəmbərin(s) neçə yerdə “Allahın əmriylə imamət Əlinin haqqıdır” dediyini eşitmişdim.” Əmr etdilər onu döysünlər. Onu cəzalandırdıqdan sonra Malik dəvəsinə minib tənqidi şer oxuya-oxuya getdi. Xəlifə Xalid ibn Validi çağırdı və Maliki susdurmağı əmr etdi. Xalid də əmrə tabe oldu, Malikin başını kəsdi, xanımına təcavüz etdi, başını da gətirdi xəlifənin hüzuruna. Müsəlman başı ilk dəfə o zaman kəsilib nizəyə vuruldu. Əli(ə) xalqa fürsət vermişdi ki, həm düşməni tanısın, həm seçim etsin. Görəsən bu camaat özü gəlib Əlinin(ə) haqqını müdafiə edəcək, ya yox? Görəsən kim aldanacaq, kim qorxacaq? Bu Həzrət Əlinin(ə) birinci vəzifəsi idi – fürsət vermək. İkinci vəzifə isə vəziyyəti sakitləşdirmək idi. Qarışıqlıq düşsə idi dinin aradan getməsi təhlükəsi yaranardı. Həssas bir dövr başlamışdı: Peyğəmbər(s) təzə vəfat edib və bunlar dini aradan aparmaq üçün meydana giriblər. Bir sözlə qarışıqlığın düşməsi bunlara sərf edirdi. Digər cəhətdən Bəni Üməyyə başçısı Əbu Sufyan kimi rəzil bir insan gəlirb Həzrət Əliyə(ə) koməkliyini təklif edir. Bildirir ki, Əlinin(ə) qəsb olunmuş haqqını qaytarmaq üçün silahlı toplayıb. Əlinin(ə) sükut eləmsinin haqq olmasına bircə bu dəlil kifayətdir ki, Əbu Sufyan döyüş tərəfdarı idi. Onun öz planları var idi, qarışıqlıqdan istfadə etmək istəyirdi. Odur ki, xəlifələrə də müxalif idi. Əlinin (ə) boynuna düşən üçüncü vəzifə haqqını tələb etməsi idi. Həzrət Əli(ə) gecələr Xanım Zəhranı(s.ə) dəvəyə mindirib ənsarların evini gəzərdi, onlardan kömək istəyərdi. Onlar da “yox” cavabı verirdilər. Həzrət Əlinin(s) 4-cü vəzifəsi ondan ibarət idi ki, haqqını verməsələr də səbr etməli idi, mübarizə aparmamalı idi. Bir tərəfdən gərək vəziyyəti sakitləşdirsin, digər tərəfdən də haqqını tələb etsin. Hz.Əli(ə) sükut etsə, deyəcəklər “vəziyyətlə razıdır”. Çətinlik bundadır ki, həm etirazını bildirməli həm haqqını tələb etməli həm də mübarizə aparmamalı idi. Odur ki, Həzrət Əli(ə) öz halını belə təsvir edirdi: “Gözümdə tikan, boğazımda sümük qalmışdı”. Hətta Əbu Zər etirazını kəskin bildirərkən Hz.Əli(ə) onun əlindən tutub başa salırdı ki, çox tünd danışmasın. Müharibə, mübarizə lazım deyildi, ixtilaf düşsəydi dini beşiyindəcə boğacaqlar. Müxaliflər də çalışır Hz.Əlinin(ə) səbrindən maksimum öz xeyrinə istifadə eləsinlər. Çətin məqamda iş o qədər həssasdır ki, rəvayətlərdə var ki, şeytan özü gəlir birbaşa onlara məsləhət verir. Xəlifələrin o zamanda davranışına baxsaq, görərik ki, hay-küy salıb qışqırırdılar, dava görüntüsü yaradırdılar. Çünki Hz.Əlinin(ə) davadan çəkindiyini bilirdilər. Mübarizə abu-havası yaratmaqla Həzrət Əlini(ə) bir az da səbrə vadar etmək istəyirdilər. Bir dəfə onlardan biri hay-küy salarkən Həzrət Əli(ə) onu yıxdı yerə və sinəsində oturub dedi: “Başını kəsərəm. Elə bilmə mən sənin qabağında acizəm. Çox da qışqırıb-bağırma. Özün bilirsən ki, mən Allahın dininə görə səbr edirəm”. Hz.Əli(ə) evdə sükut edib xəlifəyə beyət etmirdi. Beyət etməməyi ilə əslində etirazını bildirir amma mübarizəyə də qalxmırdı. Hz.Əlinin(ə) səbr edəcəyini bildiklərindən onlar daha da çox hücum etməklə Hz.Əlini(ə) daha da geri çəkilməyə vadar etmək istəyirdilər. Fikirləşirdilər hücum iki nəticə verə bilər: Hz.Əli(ə) ya dava ya da beyət edəcək. Hər iki halda din aradan gedəcəkdi. Bunların məqsədi dinin aradan getməsi idi, başqa məqsəd yox idi. Hz.Əli(ə) də beyəti gecikdirmək, eyni zamanda da davadan yayınmaq istəyirdi. Bunlar isə hücuma keçirlər: Əli(ə) ilə Fatimənin(s.ə) evinə hücum edir, qapını yandırırlar. Burda meydan keçir xanım Fatimeyi-Zəhranın(s.ə) əlinə. O Hz.Əlinin(ə) edə bilmədiyini etməli idi. Material Hacı Şahin Həsənlinin 2009-cu ildə Əyyami-Fatimiyyədə etdi xütbə əsasında hazırlanıb Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Aprel, 2010 06:00 ⁄ Çap
Bu bölmədə15 Noyabr, 2024 Bu gün Xanım Fatimeyi-Zəhranın şəhadət günüdür17 Dekabr, 2023 Bu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür12 Dekabr, 2022 Xanım Fatimeyi-Zəhranın(s.ə) şəfaəti |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |