|
Moskvada Xanım Fatimeyi-Zəhranın (s.ə) movluduna həsr olunmuş böyuk bayram tədbiri kecirilibRusiya paytaxtında Xanım Fatimeyi-Zəhranın (s.ə) movluduna həsr olunmus boyuk bayram tədbiri kecirilib. Mohtəşəm bayram tədbirində yuzlərlə soydaşımız ailələri ilə birgə iştirak ediblər. SalamNews-un Moskva muxbirinin verdiyi xəbərə gorə, Moskva şəhərində duzənlənən mubarək mərasimin təşkilatçısı qismində Moskva Əhli-Beyt Cəmiyyəti və Moskva Fatimeyi-Zəhra Cəmiyyəti çıxış etdilər. Tədbirin açılışı ənənəvi olaraq muqüddəs Qurani Kərimin tilavəti ilə başlamışdır. Daha sonra tədbir istirakçıları şərəf və ləyaqətin, namus və mənəviyyatın numunəsi olan həzrəti Fatimeyi-Zəhraya həsr olunan sənədli filmi seyr etdilər. Tanınmış ilahiyyatçı Hacı Asif Bağırov qadının tarixdəki roluna toxunaraq bildirdi ki, islamdan əvvəlki qadın sanki bir əşya idi,alınıb-satılırdı, hədiyyə olunurdu və hec bir huquqa malik deyildi. Onun sozlərinə görə, məhz islam qadının əsl yerini və rolunu muəyyən etdi, qadının Allahın gözəl nemətləri sırasında oldugunu göstərdi və qadınla necə rəftar etməyi oyrətdi. Məhz bu mustəvidə də Xanım Fatimənin parlaq siması islamda qadın ucalığının ən gozəl numunəsidir. Xanım Fatimeyi-Zəhranın movludunu qeyd etmək ucun xanımlar ucun də məclis duzənlənmişdi. Burada da Peyğəmbərin qızının həyat tərzindən və malik oldugu fəzilətlərindən geniş bəhs olundu. Mənalı şeir və gözəl mahnılarla davam edən bayram məclisinin sonunda intellektual viktorina keçirildi. Musabiqənin suallarını dogru cavablandıran tədbir istirakçıları muxtəlif hədiyyələrlə mukafatlandırılmışlar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Aprel, 2014 11:48 ⁄ Çap
Bu bölmədə15 Mart, 2025 Bu gün İmam Həsən Müctəbanın mübarək mövlud günüdür10 Fevral, 2025 Bu gün Hz.Əli Əkbərin(ə) mövlud günüdür4 Fevral, 2025 Bu gün İmam Səccadın(ə) mübarək mövlud günüdür2 Fevral, 2025 Bu gün İmam Hüseynin(ə) mübarək movlud günüdür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |