إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün həzrəti Fatimeyi Zəhranın şəhadət günüdür

 

Peyğəmbər buyurur-"Həqiqətən, Allah Fatimənin razılığına razı olar və qəzəbinə qəzəblənər".

Əziz İslam peyğəmbərinin vəfatından dərhal sonra baş verənlər qarşısında özünü mübarizə meydanına atan Fatimeyi Zəhra İmamət yolunda özünü fəda edən ilk şəxsdir.demək olar bütün araşdırmalar onu göstərir ki,peyğəmbərdən sonra İmamətin mövcudluğu bu əzəmətli xanımın şəhadəti qarşılığında mümkün oldu.
Səqifədə baş verənlərə görə Hz.Əli(ə)mübarizəyə qalxması mümkün deyildi əks təqdirdə müsəlmanlar arasında qarışıqlıq düşər, Xanım Zəhra(s.ə) isə bunu edir edir, çünki qadının qiyama qalxması müharibəyə zəmin yaratmır. Xanım Zəhra(s.ə) mübarizəyə qalxsa da kütləvi mübarizə yaranmır.Əli(ə) məsciddə danışa bilmir, onun əvəzinə Hz.Zəhra(s.ə) danışır və Mədinə məscidində məhşur xütbəsini oxuyur.  
Xanım Zəhranın Mədinə camaatdan kömək istəməsi, İmam Hüseynin(ə) meydanda “bir nəfər yoxdurmu mənə kömək edə!” çağırışına bənzəyir. Alimlərdən biri deyir: “Əslində İmam Hüseyn(ə): “Bir nəfər yoxdurmu mən ona kömək edim haqqa qarşı olmaqdan qurtarsın” Xanım Zəhra(s.ə) da bunu Mədinəlilərə təklif edirdi: "Qalxın haqqın müdafiəsinə və qurtulun!". Bu gün də həmin fəryad ucalır və Qiyamətə kimi ucalacaq. Odur ki, məhşərin ən çox şəfaət edənlərindən biri Xanım Fatimeyi-Zəhradır(s.ə).
Qeyd olur k,Xanım Fatimeyi-Zəhranın qiyamı və inqilabı olduqca böyük əhəmiyyətə malik idi.Fatimiyyə İslamın qorunmasında Kərbəladan az əhəmiyyətə malik deyil. Lakin o da qeyd edilməlidir ki, Fatimeyi-Zəhranın qiyamı olduqca qarışıq bir dövrə təsadüf edib, qarışıq və mürəkkəb şəraitdə baş verdi. Fatimiyyədə baş verən qarşıdurma zahirən bir neçə nəfərin arasında olsa da, həmin hadisələrin həqiqəti və batini tamam başqa idi.Həzrət Zəhra(s.ə) Peyğəmbərdən sonra 75-90 gün yaşadı. Həmin müddətdə din qorundu. Həmin müddəti Fatimə(s.ə) Hz.Əli üçün qazandı,Əks təqdirdə Hz.Əlini ölüm və beyət arasında seçim etməyə məcbur ediləcəkdi.
Xanım Fatimə(s.ə) ölümü ilə də mübarizə nümayiş etdirdi. Hz.Əliyə(ə) vəsiyyət etdi ki, onu gecə qüsl etsin, gecə kəfənləsin və gecə dəfn etsin. Müsəlman dəfn olunarkən yaxşıdır ki, çox adam yığışsın. Ancaq Peyğəmbər(s) gözünün nuru Fatiməni(s.ə) yeddi nəfərlə gecə gizlin dəfn etdilər. Peyğəmbər(s) qızının gizli dəfn olunması və mübarək məzarının bugünədək gizli qalmasının məqsədi insanları düşündürməkdir. Bu addımla Xanım Zəhra(s.ə) öz etirazını tarixə yazdı.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2014  12:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!