|
• DünyadaAşura günündə Kərbəlanı 5 milyon insan ziyarət edib
Bu barədə İraqda Məhərrəmlik ayı ilə əlaqədar keçirilən əl-Furat hərbi əməliyyatlarının komandiri general-leytenant Osman əl-Ğanimi bildirib. O, Kərbəlada keçirilən mətbuat konfransında Aşura günündə şəhərə beş milyondan artıq zəvvarın gəldiyini, yerli təhlükəsizlik qüvvələrinin ciddi səyi nəticəsində Aşura mərasimlərində heç bir terror aktının baş vermədiyini qeyd edib. Kərbəlada Aşura günündə sakitlik müşahidə olunsa da, ölkənin digər əyalətlərində terror aktları səngiməyib. Həmin hadisələrdə 40-dan artıq əzadar həlak olub. Bildirək ki, bu il Aşura günündə Kərbəla şəhərinə gedən xarici zəvvarların sayı kəskin şəkildə azalaraq 42 min nəfərə çatıb.
salamnews Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Noyabr, 2013 16:18 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |