16 Noyabr, 2013
Aşura günündə Kərbəlanı 5 milyon insan ziyarət edib

Bu barədə İraqda Məhərrəmlik ayı ilə əlaqədar keçirilən əl-Furat hərbi əməliyyatlarının komandiri general-leytenant Osman əl-Ğanimi bildirib.

O, Kərbəlada keçirilən mətbuat konfransında Aşura günündə şəhərə beş milyondan artıq zəvvarın gəldiyini, yerli təhlükəsizlik qüvvələrinin ciddi səyi nəticəsində Aşura mərasimlərində heç bir terror aktının baş vermədiyini qeyd edib.

Kərbəlada Aşura günündə sakitlik müşahidə olunsa da, ölkənin digər əyalətlərində terror aktları səngiməyib. Həmin hadisələrdə 40-dan artıq əzadar həlak olub.

Bildirək ki, bu il Aşura günündə Kərbəla şəhərinə gedən xarici zəvvarların sayı kəskin şəkildə azalaraq 42 min nəfərə çatıb.

 

salamnews

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1695.html