|
• Mənəviyyat • Həccİslam tarixinin yazıldığı torpaqlarMüqəddəs Məkkə və Mədinə şəhərləri “...Onun yoluna gücü çatan hər bir kəsin Həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur və hər kim küfr edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə möhtac deyildir!” (Ali-Imran, 97-ci ayə) Dinimizin vacib buyurduğu və Füruuddin(dinin budaqları) adlanan 10 mühüm əməldən biri Həcc mərasimidir. Namaz, oruc, xüms, zəkat, yaxşılığa dəvət və pislikdən çəkindirmək, cihad, Allah dostları ilə dostluq və düşmənləri ilə düşmənçiliklə yanaşı Yaradan öz bəndələrinə ömründə bir dəfə də olsa Kəbə evini ziyarət etməyi vacib buyurmuşdur. Bəndəlik dərsləri ilə dolğun bu mərasimin maraqlı tarixi və əməlləri var. Həccin hər bir əməli dərin hikmətə malikdir və insanı öz yaradılışı barədə düçünməyə vadar edir. Həcc – müqəddəs Məkkə şəhərində yerləşən Kəbə evinin ziyarətidir. Bu ziyarət, hər bir möminin həyatında ən həyəcanlı anıdır. Çünki onun əzəməti və mənəvi təsiri o qədər böyükdür ki, Allah bu ibadətin icrasını ömürdə bir dəfə vacib edib. Kəbə evi müsəlmanların qibləsidir. Bu müqəddəs məkanın ehtiramı hətta Məkkədən uzaqlarda da saxlanılmalıdır. Müsəlmanlar gündəlik məişətdə belə qiblə ilə əlaqələrini kəsmir və bir ömür bu qiblənin hörmətini saxlayan şəxs Həcc zamanı Allah Evini öz gözləri ilə görmək imkanı əldə edir. Əlbəttə, bu həyəcanlı hissləri dillə ifadə etmək çətindir. Bu məkanın izzəti Allah yanında o qədər böyükdür ki, hər kim və hər nə zaman Məkkəyə daxil olarsa, buranı xüsusi qaydada ziyarət etməlidir. Bu ayinə ümrə deyirlər. Hətta Həcc ziyarətinə gedənlər belə ilk növbədə ümrəni, daha sonra isə Həccin əməllərini yerinə yetirməlidirlər. Ona görə də Həcc ayinlərinin özü zilhiccə ayının(qəməri 12-ci ay) 8-i və 13-ü arası icra olunsa da müsəlmanlar Məkkəyə daha tez gedirlər və ümrə ziyarətini edirlər. Ziyarətlər arası boş vaxtlarda hacılar İslam tarixinin ən mühüm hadisələri ilə bağlı məkanlara baş çəkirlər. Həmin məkanlar arasında Peyğəmbərimizin(s) dünyaya gəldiyi ev, ilk vəhyin nazil olduğu Hira mağarası, Meracla bağlı Əbu Qubeys dağı, Hz.Xədicənin(s.ə) vəfat etdiyi və dəfn olunduğu yer, Peyğəmbərimizin(s) anasının dəfn olunduğu torpaq və Əbu Talib(ə) vadisi(Şəbi-Əbu Talib) kimi əziz yerlər var. Bundan əlavə Hz.Peyğəmbərin(s) öz vəsiyyətin əsasən hacılar ya Məkkə ziyarətindən öncə ya da sonra müqəddəs Mədinə şəhərinə də gedirlər. Burada Peyğəmbərimizin(s) namaz qıldığı mehrabı, xütbə oxuduğu minbəri, yaşadığı və dəfn olunduğu evi ehtiva edən məscid(Peyğəmbər(s) məscidi), dörd imamın(ə) dəfn olunduğu Bəqi qəbirstanlığı, Hz.Fatimənin(s.ə) qapısının yanında Cəbrayılın(ə) nazil olduğu Babi-Cəbrayıl, Peyğəmbərin(s), Hz.Həmzənin(ə) şəhid olduğu yer – Ühud dağı, qiblənin Qüdsdən Məkkəyə dəyişilməsinə əmr olunan Zül-qibləteyn(iki qibləli) məscidi, İslam tarixinə ilk məscid – Quba məscidi, İmam Həsənin(ə) əkdiyi xurma bağları və b. yerlər var. Qeyd edək ki, hərəm Məkkədə Kəbə evinin yerləşdiyi məscidə, Mədinədə isə Peyğəmbər(s) məscidinə deyilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2010 07:00 ⁄ Çap
Bu bölmədə22 İyun, 2022 Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Ciddə və Mədinədəki aeroportlarda türk dilində məlumat ala biləcəklər |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |