|
• DünyadaAzərbaycanlı zəvvarların seçkidə iştirakına icazə verildi
Səfir Rasim Rzayevin Səudiyyə Ərəbistanı tərəfilə apardığı danışıqlar nəticəsində səsvermənin keçirilməsi ilə bağlı razılıq əldə olunub Bu il Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların prezident seçkilərində iştirakına icazə verildi. Ölkəmizin Səudiyyə Ərəbistandakı səfiri Rasim Rzayevin Səudiyyə Ərəbistanı tərəfilə apardığı danışıqlar nəticəsində səsvermənin keçirilməsi ilə bağlı razılıq əldə olunub. 3600 azərbaycanlı zəvvar Məkkədə səs verəcək. Səfirin verdiyi məlumata görə, o, özü də indi Məkkədədir. Bununla da, Məkkədə ilk dəfədir ki, Həcc ziyarəti zamanı səsvermə keçirilir. Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiirləcək. Bu post uğrunda 10 namizəd mübarizə aparacaq. Prezidentlik uğrunda mübarizə aparan namizədlərin bu gün son təşviqat günüdür. Seçki bülletenlərinin dairələrdən məntəqələrə paylanması prosesi artıq bu gün başa çatır.
ans Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2013 17:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |