
Səfir Rasim Rzayevin Səudiyyə Ərəbistanı tərəfilə apardığı danışıqlar nəticəsində səsvermənin keçirilməsi ilə bağlı razılıq əldə olunub
Bu il Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların prezident seçkilərində iştirakına icazə verildi. Ölkəmizin Səudiyyə Ərəbistandakı səfiri Rasim Rzayevin Səudiyyə Ərəbistanı tərəfilə apardığı danışıqlar nəticəsində səsvermənin keçirilməsi ilə bağlı razılıq əldə olunub. 3600 azərbaycanlı zəvvar Məkkədə səs verəcək. Səfirin verdiyi məlumata görə, o, özü də indi Məkkədədir. Bununla da, Məkkədə ilk dəfədir ki, Həcc ziyarəti zamanı səsvermə keçirilir.
Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiirləcək. Bu post uğrunda 10 namizəd mübarizə aparacaq. Prezidentlik uğrunda mübarizə aparan namizədlərin bu gün son təşviqat günüdür. Seçki bülletenlərinin dairələrdən məntəqələrə paylanması prosesi artıq bu gün başa çatır.
ans