|
• DünyadaElşad İskəndərov məktəblərdə dini təhsil haqqında danışdı
Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında orta məktəblərdə dərsliklərdə istər İslam dininin əsasları, istərsə də müxtəlif dinlərin tarixləri bağlı bilgilər verildiyini söyləyib. Bununla əlaqədar həm “Həyat bilgisi” fənnində, həm də fakültətiv səviyyəli dəsrlər keçirildiyini də xatırladan E.İskəndərov, İslam Konfransı Gənclər Forumunun bir proqramı olduğunu sözlərinə əlvə edib: “Bu yaxınlarda onlar məktəb müəllimləri üçün təlimlərin keçirilməsini nəzərdə tutublar. Şübhəsiz ki, bu könüllü əsasda olmalıdır. Burada hər hansı məcburi dərsdən söhbət gedə bilməz. Valideynlərin və şagidlərin razılığı olduğu təqdirdə fakültətiv şəkildə həmin fənnin həyata keçiriməsi istiqamətində proqramlar var”. Eyni zamanda dini icmaların da fəallığının vacibliyindən danışan komitə sədri, din haqqında düzgün bilgilərin verilməsinin, maarifləndirmə işinin ilk növbədə onların funksiyaları olduğunu vurğulayıb: “Dövlət Komitəsi bu istiqamətdə maarifləndirmə işinə hər zaman dəstək verir”. gunaz Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Oktyabr, 2013 19:18 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |