2 Oktyabr, 2013
Elşad İskəndərov məktəblərdə dini təhsil haqqında danışdı

Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında orta məktəblərdə dərsliklərdə istər İslam dininin əsasları, istərsə də müxtəlif dinlərin tarixləri bağlı bilgilər verildiyini söyləyib.

Bununla əlaqədar həm “Həyat bilgisi” fənnində, həm də fakültətiv səviyyəli dəsrlər keçirildiyini də xatırladan E.İskəndərov, İslam Konfransı Gənclər Forumunun bir proqramı olduğunu sözlərinə əlvə edib:

“Bu yaxınlarda onlar məktəb müəllimləri üçün təlimlərin keçirilməsini nəzərdə tutublar. Şübhəsiz ki, bu könüllü əsasda olmalıdır. Burada hər hansı məcburi dərsdən söhbət gedə bilməz. Valideynlərin və şagidlərin razılığı olduğu təqdirdə fakültətiv şəkildə həmin fənnin həyata keçiriməsi istiqamətində proqramlar var”.

Eyni zamanda dini icmaların da fəallığının vacibliyindən danışan komitə sədri, din haqqında düzgün bilgilərin verilməsinin, maarifləndirmə işinin ilk növbədə onların funksiyaları olduğunu vurğulayıb:

“Dövlət Komitəsi bu istiqamətdə maarifləndirmə işinə hər zaman dəstək verir”.


gunaz

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1622.html