إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Seyyid Əmmar Həkim bu gün mərcei-təqlidlərin görüşünə gedib

İranda Ümumdünya Əhli-Beyt(ə) Cəmiyyətinin V Qurultayında iştirak edən İraqın Ali İslam Şurasının sədri Seyyid Əmmar əl-Həkim bu gün bir günlük Quma mərcəiyyətlə və tanınmış din  alimlərilə görüşməyə gedib. O səfəri zamanı Ayətullahlar Məkarim Şirazi, Vəhid Xorasani, Safi Gülpəyqani, Şübeyri Zəncani, Nuri Həmədani, Musəvi Ərdəbili, Haşimi-Şahrudi və Seyyid Əli Sistaninin İrandakı nümayəndəsi Hüccətül-İslam Şəhristani ilə görüşmüşdür.

Görüş zamanı Əmmar əl-Həkim İraqda Səddam rejiminin süqutundan sonra İraqın və şiələrin vəziyyəti barədə alimlərə məlumat verib. Mərcei-təqlidlər öz növbələrində Əmmar əl-Həkimin timsalında İraq xalqını salamlayaraq İraq xalqına müvəffəqiyyətlər arzulayaraq İraqın ALi İslam Şurasının sədrinə İraqın inkişaf edib çiçəklənməsi yönündə daha artıq fəaliyyət göstərməyi tapşırıblar. Alimlər həmçinin İraqda sünni-şiə vəhdətinin qorunması ilə imperialistlərə və vahhabilərə sinə gəlməyin mühümlüyünü ifadə ediblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2011  21:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!