İranda Ümumdünya Əhli-Beyt(ə) Cəmiyyətinin V Qurultayında iştirak edən İraqın Ali İslam Şurasının sədri Seyyid Əmmar əl-Həkim bu gün bir günlük Quma mərcəiyyətlə və tanınmış din alimlərilə görüşməyə gedib. O səfəri zamanı Ayətullahlar Məkarim Şirazi, Vəhid Xorasani, Safi Gülpəyqani, Şübeyri Zəncani, Nuri Həmədani, Musəvi Ərdəbili, Haşimi-Şahrudi və Seyyid Əli Sistaninin İrandakı nümayəndəsi Hüccətül-İslam Şəhristani ilə görüşmüşdür.
Görüş zamanı Əmmar əl-Həkim İraqda Səddam rejiminin süqutundan sonra İraqın və şiələrin vəziyyəti barədə alimlərə məlumat verib. Mərcei-təqlidlər öz növbələrində Əmmar əl-Həkimin timsalında İraq xalqını salamlayaraq İraq xalqına müvəffəqiyyətlər arzulayaraq İraqın ALi İslam Şurasının sədrinə İraqın inkişaf edib çiçəklənməsi yönündə daha artıq fəaliyyət göstərməyi tapşırıblar. Alimlər həmçinin İraqda sünni-şiə vəhdətinin qorunması ilə imperialistlərə və vahhabilərə sinə gəlməyin mühümlüyünü ifadə ediblər.